Qadın hərbçimizdən böyük uğur: BMT-dən medal aldı
"Cənubi Sudanda BMT missiyasında göstərdiyi nümunəvi hərbi xidmətə görə həm BMT medalı, həm də tərifnamə ilə təltif edilmiş ilk qadın sülhməramlı mayor Lətifə Rüstəmova ilə biz ikiqat fəxr edirik”, - daimi nümayəndəlik qeyd edib.
Xocalı, Xankəndi və Qarabağın digər rayonlarından olan məcburi köçkünlər bəyanat yayıb
Xocalı, Xankəndi, Xocavənd və Qarabağ bölgəsinin hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan digər rayonlarından olan məcburi köçkünlər dünya ictimaiyyətinə müraciət ünvanlayıblar. Bəyanatı 50 sakin və ictimaiyyət nümayəndəsi imzalayıb. Bəyanatda deyilir: - Biz - Xocalı, Xankəndi, Xocavənd və Qarabağ bölgəsinin hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan digər rayonlarından olan məcburi köçkünlər dünya ictimaiyyətinə bəyan edirik ki, Qarabağ münaqişəsi 2020-ci ildə başa çatsa da, 3 ildir hələ də öz şəhər və rayonlarımıza, kəndlərimizə, evlərimizə, yurd yerlərimizə qayıda bilmirik. Ermənistan saxta təbliğat aparır ki, guya həmin bölgələrdə ancaq ermənilər yaşayıblar. Onlar hətta azərbaycanlıların tarixən həmin ərazilərdə yaşamaları faktını belə danır. Bu uydurma iddiadır! Bizik Xocalının, Xankəndinin, Kərkicahanın, Malıbəylinin, Quşçuların, Meşəlinin, Qaradağlının əsl, əzəli sakinləri! Biz Ermənistanın Azərbaycana qarşı təcavüz siyasəti nəticəsində böyük faciələr yaşamışıq, soyqırımlara, kütləvi qırğınlara məruz qalmışıq. Etnik təmizləmələrlə bizim yaddaşımızı da silməyə çalışıblar, məscidlərimiz, doğmalarımızın qəbirləri dağıdılıb, təhqir olunub, evlərimiz viran edilib, yurd yerlərimizə qondarma adlar qoyulub. Nə qədər insan yurd həsrəti ilə bu dünyadan köçdü. Doğma yurd yerlərimizə böyük ağrı, iztirab hissi ilə ancaq foto və videolarda baxırıq. Bir vaxtlar xoşbəxt yaşadığımız ərazilər indi "boz zona”ya çevrilib. Ermənistan ordusunun qalıqları həmin ərazilərdən tamamilə çıxarılmalı, Ermənistanın yaratdığı və hələ də dəstəklədiyi oyuncaq xunta rejiminin tör-töküntüləri özünü buraxmalı, qanunsuz silahlı dəstələr tərksilah olunmalıdır. Bu, bizim tələbimizdir! Bu, bütün Azərbaycanın tələbidir!...