1939-cu il sentyabrın 1-də Faşist Almaniyası ildırımsürətli "Barbarossa”
planı əsasında Polşanı işğal edib. Bununla da bəşəriyyət tarixinə ən
qanlı müharibə kimi daxil olan İkinci Dünya müharibəsi başlayıb. 1941-ci
il iyunun 22-də isə Hitler Almaniyası Azərbaycanın da daxil olduğu
SSRİ-yə hücum edib. Müharibə 1945-ci il mayın 9-da - Berlindəki Reyxstaq
binası üzərindən faşizm bayrağının endirilməsi və SSRİ-nin bayrağının
sancılması ilə başa çatıb.
İkinci Dünya müharibəsində Azərbaycan nefti də həlledici amillərdən olub. Belə ki, 1941-ci ildə Azərbaycan tarixində ən çox - 23,5 milyon ton neft istehsal olunub və bu, SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edib. Ümumilikdə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər.