Tarixdə ilk dəfə Qlobal Cənubda - Keniyanın paytaxtı Nayrobi şəhərində
BMT-nin 2024-cü il üzrə Vətəndaş Cəmiyyəti Konfransı keçirilir. BMT-yə
üzv dövlətlərin rəsmi heyətlərinin, dünyanın aparıcı QHT-lərinin, beyin
mərkəzlərinin, media qurumlarının, özəl şirkətlərinin iştirakı ilə
keçirilən tədbirdə 2000 nəfərdən çox iştirakçı toplaşıb. Qlobal konfrans
bu il sentyabrın 22-23-də BMT-nin Nyu-Yorkdakı mənzil qərargahında
dünya liderlərinin iştirakı ilə keçiriləcək "Gələcəyin Sammiti”nə
hazırlıq məqsədilə təşkil olunub. BMT-nin Baş katibi Antonio Quterreşin
də BMT-nin Vətəndaş Cəmiyyəti Konfransında iştirak üçün Keniyaya gəlişi
gözlənilir.
2 gün davam edəcək konfransın əsas müzakirə mövzularından biri də qlobal
iqlim dəyişmələridir. Bu baxımdan COP29-a ev sahibliyi edəcək ölkə kimi
mövzu Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır.
Konfransda Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev, Azərbaycan
Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş və
kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev,
COP29 Təşkilat Komitəsinin üzvü, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin
icraçı direktoru Aygün Əliyeva, Medianın İnkişafı Agentliyinin şöbə
müdiri Nigar Hüseynova iştirak edir.
Vətəndaş Cəmiyyəti Konfransına Azərbaycan QHT-ləri də qatılıb.
BMT-nin Vətəndaş Cəmiyyəti Konfransında Azərbaycan nümayəndə heyəti iştirak edir
COP29 Təşkilat Komitəsinin üzvü, "Sağlamlığa Xidmət” İctimai Birliyinin
icraçı direktoru Pərvanə Vəliyeva, Ekologiya və Təbii Sərvətlər
Nazirliyi yanında İctimai Şuranın sədri, "Sudan İstifadə Sahəsində
Mütəxəssislər" İctimai Birliyinin sədr müavini Amin Məmmədov, "Minalar
Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədr müavini Roza
Səfixanlı Azərbaycan QHT-lərini qlobal tədbirdə təmsil edir.