Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin maliyyə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin texniki dəstəyi ilə "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin T-NETWORK - təhsil işçilərinin təcrübə və kommunikasiya platforması ilə birgə icra etdiyi "Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsi uğurla tamamlanmışdır.
Layihə çərçivəsində ilkin fəaliyyətlərin nəticəsi olaraq Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən M.Mehdiyev adına 280 saylı tam orta məktəbdə və Xəzər rayonu Türkan qəsəbəsində yerləşən 262 saylı tam orta məktəbdə müəllim, valideyn, şagird və icma nümayəndələrinin iştirakı ilə hər birində 11 nəfər (280 №-li məktəb: 9 qadın, 2 kişi; 262 №-li məktəb: 5 qadın, 6 kişi) üzv olmaqla 2 Məktəb İnkişaf Şurası (MİŞ) formalaşdırılmışdır. MİŞ üzvlərinin bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədi ilə hədəf məktəblərdə 8 mövzuda ("İcmanın səfərbər olunması”, "Ehtiyacların qiymətləndirilməsi”, "Layihə təklifinin yazılışı”, "Liderlik və komanda işi”, "İcma fondu və icma töhfəsi”, "Effektiv təqdimat”, "Danışıqların aparılması”, "Dayanıqlıq və İstismar Planı”) 16 təlim (iştirakçı sayı: 35 nəfər – 24 qadın, 11 kişi) və 33 dəyirmi masa (iştirakçı sayı: 327 nəfər – 213 qadın, 114kişi) keçirilmişdir. Dəyirmi masalarda MİŞ üzvlərinin icma səfərbərliyi, liderlik və komanda işi, ehtiyacların müəyyənləşdirilməsi, layihə təklifinin hazırlanması, konfliktlərin həlli, effektiv təqdimat və s. mövzularda biliklərinin müəyyənləşdirilməsi üçün yazılı sorğular keçirilmişdir. Keçirilmiş qiymətləndirmə sorğularının nəticələri təhlil edilmiş və qeyd edilən mövzular üzrə MİŞ üzvlərinin biliklərinin 87% olduğu müəyyən edilmişdir.   
MİŞ üzvlərinin təklifi ilə şagird, valideyn və icma üzvləri ilə birgə layihə çərçivəsində Türkan qəsəbəsi 262 saylı tam orta məktəbdə 4 layihə ("Bir millət, iki dövlət – Azərbaycan-Türkiyə” xeyriyyə auksionu, Məktəbyanı sahənin su qovşağının təmiri, "Türkan qəsəbəsinin tarixi abidələri” adlı kitabın hazırlanması, "Sən elə bir zirvəsən” adlı tədbirin keçirilməsi) və Hövsan qəsəbəsi 280 saylı tam orta məktəbdə isə 2 layihə (Məktəb üçün milli rəqs geyimlərinin alınması, Məktəbdə radio qovşağının qurulması) həyata keçirilmişdir. "Bir millət, iki dövlət – Azərbaycan-Türkiyə” xeyriyyə auksionu layihəsi çərçivəsində rəsm dərnəyinin şagirdləri tərəfindən rəsm-satış sərgisi təşkil edilmişdir. "Məktəbyanı sahənin su qovşağının təmiri” layihəsinin həyata keçirilməsi nəticəsində su qovşağının təmirinin icrası ilə yanaşı, Türkan qəsəbəsində yerləşən Türkan Aqro MMC tərəfindən 50 ədəd zeytun ağacı məktəbə hədiyyə edilmişdir. "Türkan qəsəbəsinin tarixi abidələri” adlı kitabın hazırlanması layihəsi nəticəsində sözügedən kitab hazırlanaraq 40 nüsxədə çap edilmişdir. "Sən elə bir zirvəsən” layihəsi çərçivəsində gələcək tədbirlərdə də istifadə edilməsi məqsədilə 8 milli rəqs geyimi və proyektor əldə edilmişdir. "Məktəb üçün milli rəqs geyimlərin hazırlanması” layihəsi çərçivəsində məktəb tədbirlərində istifadə edilməsi məqsədilə 12 milli rəqs geyimi tikdirilmişdir. "Məktəbdə radio qovşağının qurulması” layihəsi nəticəsində quraşdırılan radio qovşağı vasitəsilə şagirdlərə gündəlik məktəb yenilikləri, tarixi hadisələr, xəbərlər, elanlar çatdırılır. Radio qovşağından ilk dəfə 2022-2023-cü il məzunlarının son zəngində istifadə edilmişdir.
Layihədən 2 hədəf məktəbin 3500 nəfər şagirdi, 2500 nəfər icma üzvü (valideynlər, sahibkarlar və s.) faydalanmışdır. Bununla da, icma-məktəb əməkdaşlığı gücləndirilmiş və məktəb icmanın nüfuz mərkəzinə çevrilmişdir.

Qeyd: Elm və Təhsil Nazirliyi məqalənin məzmununa görə məsuliyyət daşımır.

“Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsi başa çatıb
“Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsi başa çatıb
“Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsi başa çatıb
“Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsi başa çatıb
“Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsi başa çatıb