Sənaye sahəsinin inkişafı insan əliylə təbiətin və ətraf mühitin də böyük bir sürətlə çirklənməsinə yol açdı. Mindiyi budağı kəsməkdə olduğunu hiss edən bəşəriyyət əslində öz-özünü yeniləyərək dünyanın təbii tarazlığını pozduğunu anladı. Bu şüurla bu dəfə təbiətin tarazlığını qorumağa başladı. Sənaye müəssisələrinin, avtomobillərin və hər cür tullantının təbiətə zərər vermədən çevrilməsi üçün ağıllı yollar axtarıldı. Dövlətlər beynəlxalq təşkilatlar vasitəsilə dünyanı qorumaq üçün hərəkətə keçdi.
Bu gün və gələcəkdə insanların tərtəmiz bir dünyada yaşaya bilməsi üçün əlimizdən gələni etmək məcburiyyətindəyik.
5 iyunun Ümumdünya Ətraf Mühitin Mühafizəsi günü kimi qeyd olunması 16 dekabr 1972-ci ildə Birəşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 27-ci sessiyasında elan edilib. Həmçinin Baş Assambleyanın bu sessiyasında BMT sistemində yeni təşkilat - BMT Ətraf Mühit Proqramı (UNEP) yaradılıb. Hər il bu təşkilat tərəfindən Ümumdünya Ətraf Mühit Günü keçirilir.
Belə bir günün keçirilməsinə 11 may 1971-ci ildə dünyanın 23 ölkəsinin 2200 elm və mədəniyyət xadiminin imzası ilə BMT-nin Baş katibinə ünvanlanan müraciət səbəb olub. Onlar "ya biz çirklənməni qurtarırıq, ya da çirklənmə bizi qurtarar” adlı müraciətləri ilə bəşəriyyətə ətraf mühitin çirklənməsi barədə xəbərdarlıq vermişdilər.
Baş Assambleya bu günün qeyd edilməsi ilə bağlı qətnaməsində BMT-yə daxil olan ölkə və təşkilatları hər il həmin gün ərəfəsində ətraf mühitin qorunması və yaxşılaşdırılmasına yönələn işlər həyata keçirməyə çağırır.
Hər il Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) Dünya Ətraf Mühit Gününün Avropa regionunda qeyd edilməsi üçün Avropa ölkələrindən baş şəhərlər elan edir. 2010-cu ildə İtaliyanın Genuya, İsveçrənin Cenevrə şəhərləri ilə bərabər Azərbaycanın Bakı şəhəri də mərkəz şəhər seçilib.