Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birgə QHT-lər üçün "COP29-la bağlı beynəlxalq təşəbbüslər” müsabiqəsini elan edir.
Müsabiqə üzrə sənədlərin qəbuluna 2024-cü il iyul ayının 16-dan başlanacaq. Müraciət üçün son tarix 16 avqust 2024-cü ildir. Bundan sonra QHT-lərdən toplanmış sənədlərin ekspertizası aparılacaq, layihələr təhlil ediləcək və qaliblər müəyyənləşdiriləcək.
Təqdim olunan layihələr qlobal iqlim dəyişmələri mövzusuna uyğun olmalıdır. Ətraflı: https://ngoagency.gov.az/az/post/854/cop29-la-bagli-beynelxalq-tesebbusler-qrant-musabiqesi-elan-edilir?fbclid=IwZXh0bgNhZW0CMTAAAR3vaMEaCNQ23pUcsUhFghLP-q1s1tZluHieMKeex04dkV6WlHfnC92elPM_aem_X21cWvL8omljE_nLojNb-w