2014-cü ilin yanvar ayından "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi ("Ümid" SİD İB) Avropa İttifaqının maliyyə dəstəyi ilə "Kəndlərin Davamlı İnkişafı Təşəbbüsü” (KDİT)layihəsini həyata keçirmişdir. KDİT layihəsi 26 ay müddətində həyata keçirilərək və mərkəzi və yerli hakimiyyət orqanlarının, icma və özəl sektorun iştirakı ilə Quba-Xaçmaz regionunda meyvə, qurumeyvə, giləmeyvə və süd sektorunun ticari, keyfiyyətli, rəqabətli inkişaf etdirilməsi, fermerlərin və ərazidə yaşayan gənclərin bacarıqlarının artırılması, məşğulluq imkanlarının genişləndirilməsi və xidmət sahələrinin yaradılması ilə milli iqtisadi inkişafa yardım edilmişdir.
Layihənin məqsədi:
- kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı sahələrini birləşdirən iqtisadi inkişaf modeli vasitəsilə Quba-Xaçmaz iqtisadi zonası (Quba, Qusar, Xaçmaz və Şabran rayonları) kəndlərinin davamlı inkişafının gücləndirilməsidir.Layihənin birbaşa faydalananları meyvə, giləmeyvə və süd məhsullarının istehsalı və emalı iləməşğul olanfərdi təsərrüfatlar, sahibkarlar, fermerlər, kiçik süd assosisayaları, hədəf icma üzvləri: o cümlədən, qadınlar, gənclər və həssas qruplardır.
Layihənin yerinə yetirilməsində qarşıya qoyulan əsas vəzifələr:
-Quba-Xaçmaz iqtisadi zonasında icmaların davamlı inkişafını dəstəkləyən qurumların inkişafının gücləndirilməsindən,
-Quba-Xaçmaz iqtisadi zonasında kənd təsərrüfatı istehsalının davamlı şəkildə artırılmasından, və
-Quba-Xaçmaz iqtisadi zonası kəndlərində qeyri-kənd təsərrüfatı, kiçik müəssisələrin fəaliyyətinin gücləndirilməsivə ailələrin gəlir mənbələrininartırılmasına dəstək verməkdən ibarətdir.
Layihənin icrası nəticəsində:
- ucqar yerlərdə sosial infrastruktura çıxış yaxşılaşmışdır,
- gənclərin şəhərlərə və digər regionlara miqrasiyası azalmışdır,
- hədəf icmalarda əhalinin gəlirinin həcmi artmışdır,
- yeni gəlir gətirən sahələr yaradılmışdır,
- hədəf icma üzvlərinin əsas xidmətlərə çıxışı təkmilləşmişdir,
- azı 1500 nəfər məsləhət və təlimlər vasitəsilə öz bacarıqlarını artırmışdır.