"Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) maliyyələşdirdiyi "Mingəçevir, Goranboy, Yevlax şəhər və rayonlarında Məcburi Köçkün İcmalarının səfərbərliyi və bacarıqlarının artırılması” layihəsinin icrasına başlayıb. Həyata keçirilməsinə 1 fevral 2023-cü il tarixdən başlanan layihənin icrası üçün 11 aylıq müddət nəzərdə tutulub. Layihənin hədəf icmalarının seçilməsi məqsədilə Mingəçevir, Goranboy, Yevlax şəhər və rayonlarında məcburi köçkünlərin məskunlaşdığı 12 icmada fevral ayından başlayaraq sürətli qiymətləndirmənin aparılması və 6 icmanın seçilməsi ilə başlaması nəzərdə tutulub.
Layihənin məqsədi mövcud məcburi köçkün icmalarının dayanıqlığını artırmaq və onları İştiraklı İcma İnkişafı və Usta yanında Şagird Hazırlığı metodları vasitəsilə qarşıdakı qayıdış prosesinin çətinliklərinin öhdəsindən gəlməyə hazırlamaq üçün potensialını gücləndirməkdir.
I. İcma mərkəzlərinin yaradılması: İcma İnkişaf Şuralarının formalaşdırılması, Təşkilati Qiymətləndirmə və Təhlil, Bacarıqların Artırılması
II. UYŞH: xidmət sahələri üzrə icma ehtiyaclarının və imkanlarının təhlili, peşə və sahibkarlıq bacarıqlarının inkişafı, Möhkəm Başlanğıclı Xidmət sahələrinin yaradılmasına dəstək
- 6 Məcburi köçkün icması səfərbər ediləcək;
- 6 İcma İnkişaf Şurası formalaşdırılacaq;
- 6 icma mərkəzi yaradılacaq;
- 60 İİŞ üzvü məsləhətləşmələr, təlimlər və dəyirmi masalar vasitəsilə icma səfərbərliyi, icma təmsilçiliyi, prioritetləşdirmə, layihənin hazırlanması və idarə edilməsi, təhlükəsizlik, maliyyə idarəçiliyi və s. sahələr üzrə bacarıqlarını artıracaq;
- 6 icmada məcburi köçkün gənclərdən ibarət könüllülər qrupları formalaşacaq və bu qruplar onlayn platformalar vasitəsilə əməkdaşlıq edəcək;
- 6 icmada 30 məcburi köçkün ailəsinin gəliri 20%-25% artacaq;
- 10 yeni gəlir gətirən sahə yaradılacaq (gözəllik salonları, mobil telefon və kompüter təmiri, proqramlaşdırma xidmətləri, dərzi və s);
Layihə fəaliyyətlərindən təxminən 3,500 nəfər məcburi köçkünün faydalanacağı nəzərdə tutulur. Layihədən bəhrələnəcək məcburi köçkünlər, xüsusən Möhkəm Başlanğıclı İqtisadi Layihələr (MBİL) vasitəsilə sahibkarlıq fəaliyyəti haqqında bilik və təcrübə qazanmaqla karyeralarını inkişaf etdirəcək və öz bizneslərini quracaq, gənclərin və qadınların özlərinə inamı artıracaq.