Donor: BP Eksploreyşn (Kaspian Si) Ltd. şirkəti və Tərəfdaşları

Partnyor Təşkilatlar: Bilik Maarifçilik Cəmiyyəti Gəncə Regional Təşkilatı və Azərbaycan Maarifçi Gənclər Təşkilatı

Müddət: Yanvar, 2009 - Oktyabr, 2010

Ərazisi: Ağsu, Kürdəmir, Ucar, Yevlax, Goranboy, Samux, Şəmkir, Tovuz, Ağstafa rayonları

Gözlənilən nəticələr:

"Ümid" HSDM və Partnyorları hədəf ərazilərdə 39 icmanın - 14 inkişaf etməkdə olan, 5 ulduz və 20 yeni səfərbər olunmuş icmanın yüksək səviyyəli sosial-iqtisadi infrastruktura çıxışını yaxşılaşdıracaqdır;

Partnyorların hər biri -"BİLİK" MCGRT 7 icmada, AMGT- 7 icmada "Ümid" HSDM isə 25 icmada mikro layihələr həyata keçirəcəklər;

Qərbdə 14 yeni icmanın və şərqdə 6 yeni icmanın səfərbər olunması ilə birgə, texniki dəstək, təlim, mentorluq və s. vasitəsilə 2 yerli QHT partnyorlarının - "BİLİK" MCGRT və AMGT-nın bilik və bacarıqları artırılacaqdır;

"Ümid" HSDM hədəf icmaları üçün inkişaf planı müəyyən edəcək və bacarıqların artırılması fəaliyyətlərini həyata keçirəcəkdir. Bu fəaliyyətlərə, Dərinləşdirilmiş təlimlərin keçirilməsi (problemlərin müəyyənləşdirilməsi və prioritetləşdirilməsi, icma mikrolayihələrində iştirakın vacibliyi, icma töhfəsi, onun sənədləşdirilməsi və idarə edilməsi, icma mikro-layihəsində planlaşdırma və icra prosesi) və layihənin həyata keçirilməsi və sənədləşdirilməsi üzrə bacarıqların artırılması daxildir.