Donor: BP şirkəti
Layihə ərazisi: Sumqayıtda fəaliyyət göstərən 4 saylı Cəbrayıl orta məktəbi, Qayğı ( Laçın rayon Aşağı Cicimli kənd orta məktəbi) və Səma (Sumqayıt şəhəri, 47-ci məhəllə) icmaları
Layihə müddəti: noyabr, 2002 - may, 2003
Nəticə və Nailiyyətlər:
- Hər iki icmada bir əlavə sinif otağı tikilərək mebel və avadanlıqla təchiz olunmuşdur;
- Məktəblilərin davamiyyəti 5-7%-dək yüksəlmiş, 20-25 məktəbli üçün təhsil şəraiti yaxşılaşdırılmışdır;
- Valideynlərin təşəbbüsü artmış, valideynlərin məktəbə və öz övladlarının daha yaxşı təhsil almasına marağı artaraq, məktəbin problemlərinin həllində daha fəal iştirak etməyə başlamışlar;
- İcma inkişafı üzrə 8 dəyirmi masa təşkil olunmuşdur. Layihə büdcəsi, icma töhvəsi, icma üzvlərinin layihədə birbaşa iştirakı müzakirə edilmişdir;
- 9 sahibkar öz biznesini genişləndirmək üçün imkan əldə etmiş. Onların aylıq gəliri 10%-dək (50.000-80.000 manat) artmışdır;
- Bir icmanın 1000 nəfər üzvünün BP/Azərbaycan şirkətinin fəaliyyətinə dair məlumatlılığı artmışdır.