Donor: BMT-nin Uşaq Fondu
Ərazi: Ağdam, Ağcabədi, Biləsuvar, Bərdə, İmişli, Mingəçevir, Saatlı,
Sabirabad, Tərtər, Füzuli, Xanlar, Şəki, Goranboy rayonları
Müddəti: aprel 2004 - dekabr 2004
Nəticə və Nailiyyətlər:
1. Tərbiyəçilərin və valideynlərin iştirakı ilə Erkən yaşlı Uşaqlara Qayğı və İnkişaf proqramına cəlb edilmiş Uşaq İnkişaf Mərkəzlərinin ehtiyacları müəyyənləşdirilmişdir;
2. Erkən yaşlı Uşaqlara Qayğı və İnkişaf ( EUQİ) proqramının birinci mərhələsində bacarıqları artırılmış 8 Uşaq İnkişaf Mərkəzlərinə (UİM) təlimlər verilmişdir;
3. Erkən yaşlı Uşaqlara Qayğı və İnkişaf ( EUQİ) proqramına yeni cəlb olunmuş 10 Uşaq İnkişaf Mərkəzlərinin (UİM) işçi heyətinin bacarıqları artırılmiş, UİM-də Valideyn-Tərbiyəçi Birlikləri (VTB) və fondlar yaradılmışdır;
4. EUQİ proqramına yenicə cəlb edilmiş 10 UİM-də uşaqlara dəstək məsələləri və icmanın dəstəyi gücləndiriləcəkdir;
5. 10 UİM-də daha yaxşı valideyn təşəbbüskarlığı formalaşdırılmış, VTB və fondlar yaradılmışdır;
6. EUQİ proqramı çərçivəsində bacarıqları artırılmış UİM metodik vasitələrlə və oxu materialları ilə təmin edilmişlər;
7. İcmanın dəstəyi vasitəsilə UİM-də kiçik təmir işləri aparılmışdır.