Donor: BP şirkəti
Layihə ərazisi: Dəvəçi, Siyəzən, Xaçmaz rayonları
Layihə müddəti: aprel, 2003 - dekabr, 2004
Nəticə və nailiyyətlər:
- 27 icma səfərbər olunmuş və 30 mikro-layihə həyata keçirilmişdir;
- İcma üzvləri İcma inkişafı üzrə 161 təlimdə iştirak edərək öz bacarıqlarını artırmışlar;
- 1.768 icma üzvü dəyirmi masalarda iştirak etmiş və birgə müzakirələr, prioritet problemlərin axtarıb tapılması və onların həlli yollarına dair bacarıqlarını artırmışlar;
- 17 icmadan hər birində icmanın müəyyənləşdirdiyi bir problem həll edilmişdir;
- Mikro-layihələrin həyata keçirildiyi müddət ərzində 25 nəfər müvəqqəti işlə təmin olunmuşdur;
- 70 nəfər gənc peşə və biznes bacarıqlarının artırılması məqsədilə təlimlərə cəlb olunmuşdur.