Donor: BP
Eksploreyşn (Kaspian Si) və Tərəfdaşları
Müddət: May, 2006
- Sentyabr, 2007
Ərazi: Yevlax, Ağdaş, Ağstafa, Tovuz, Kürdəmir,
Ucar, Goranboy və Samux rayonları
Nəticə və nailiyyətlər:
- İcmaların öz ətraf mühit və enerji məsələlərini
təhlükəsiz və dayanıqlı bir şəkildə daha yaxşı idarə etməsinə/istifadəsinə
dair 43 icmada maarifləndirmə işləri həyata keçirilmişdir. Bu maarifləndirmə
tədbirləri səyyar "Enerji Avtobusu" vasitəsilə həyata keçirilmişdir.
Maarifləndirmə tədbirləri zamanı Enerji avtobusunun xaricində yerləşdirilən
geniş ekranlı monitorda Bakı-Tbilisi-Ceyhan Boru kəməri, Xəzər Enerji Mərkəzinin
məqsəd və vəzifələri və BP Şirkətinin dəstəyi ilə icmalarda həyata keçirilən
layihələr barədə, habelə Ətraf mühit, ekologiya, məişət tullantılarının
idarə olunması və alternativ enerji qurğularına dair filmlər nümayiş etdirilmişdir.
Həmçinin, icma üzvləri Avtobusun daxilindəki seksiyalarda yerləşdirilən
alternativ enerji qurğularına dair maketlər və avadanlıqlarla tanış
olmuşlar;
- 36 orta məktəbdə 5-11-ci sinif şagirdlərinə
"Ətraf mühit/Ekologiya, Alternativ enerji və Təhlükəsizlik"
mövzularında təlimlər keçirilmişdir. Təlimlərdə 1234 nəfər şagird
iştirak etmişdir;
- Təlim keçirilmiş 35 məktəbdə şagirdlər
arasında "Ətraf mühit, Ekologiya, Enerjidən səmərəli istifadə və Təhlükəsizlik"
mövzusunda rəsm və məqalə müsabiqəsi keçirilmişdir. Müsabiqədə Yevlax,
Ağdaş, Tovuz və Ağstafa rayonundan 479 şagird iştirak
etmişdir. Müsabiqə iştirakçıları müsabiqəyə 267 məqalə (hekayə)
və 281 rəsm təqdim etmişdilər. Təqdim edilən məqalə və rəsmlər arasından 7
rəsm və 6 məqalə əsas qalib, 33 rəsm və 14 məqalə həvəsləndirici mükafata
layiq görülmüşdür. Qalib rəsm və məqalələr "Şəkər Villası" qəzetində
dərc edilmişdir;
- Regionlarda fəaliyyət göstərən 3 Tibb Məntəqəsində
və 1 kənd xəstəxanasının cərrahiyə şöbəsində elektrik enerjisi və isti su əldə
etmək məqsədilə Foto Voltik Modeli və Günəş kollektoru quraşdırılmışdır;
- Regionlarda əhalinin içməli su ilə təminatı
məqsədilə fəaliyyət göstərən 2 Su Təmizləmə qurğusunun üzərində Günəş
enerjisindən elektrik əldə etmək üçün Foto Voltik Modeli qurğusu
quraşdırılmışdır ;
- 2 icmada təhlükəsizliyin təminatı məqsədilə
"Körpünün bərpası" və "Məktəb həyətinin hasara
alınması" layihəsi həyata keçirilmişdir.