Donor: AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası
Müddət: Avqust,
2008 - Dekabr, 2008
Ərazi: Xanlar, Şəmkir, Tovuz və Ağstafa
Nəticə və nailiyyətlər:
- Hədəf regionlarda yerli QHT-lərin mövcud inkişaf səviyyəsini qiymətləndirmək məqsədilə 12 Yerli QHT-də sorğular keçirilmiş və bu təşkilatların bacarıqları Təşkilati Qiymətləndirmə Aləti (TQA) vasitəsilə qiymətləndirilmişdir;
- Sorğu keçirilmiş təşkilatların arasından 6 QHT seçilərək onların institusional və təşkilati bacarıqlarının artırılması məqsədilə 4 mövzuda - "Ehtiyacların müəyyənləşdirilməsi və maraqlı tərəflərin analizi", "Layihənin məqsədi, vəzifələri və problemlərin həlli yolları, strategiyanın təhlili", "Fəaliyyətin planlaşdırılması" və "Layihə təkliflərinin yazılması" təlimlər keçirilmişdir;
- Layihə təklifinin yazılması sahəsində 6 yerli QHT-nin praktiki bacarıqlarını gücləndirmək məqsədilə məsləhət saatları təşkil edilmişdir;
- Hədəf regionlarda fəaliyyət göstərən yerli QHT və İctimai birliklərin bir-birilə inteqrasıyası və əməkdaşlığına şərait yaradılmışdır.