Donor: BP, ATƏT, Beynəlxalq Maliyyə Korporasiyası, Avrasiya Fondu
Layihənin məqsədi: Əhalinin Enerji
resurslarından effektiv istifadə üzrə maarifləndirilməsi
"Enerji avtobusu” enerjiyə qənaət olunması və alternativ enerji istehsalı
barədə maarifləndirmə xarakteri daşıyan səyyar sərgidir.
Sərgi beynəlxalq miqyasda tətbiq olunan alternativ enerji
mənbələri barədə ətraflı məlumatların verilməsini təmin etmək, icmalara enerji
çözümləri tapmaqda kömək etmək üçün layihələşdirilmişdir.
Bu layihə icmaların sadə günəş panelləri ilə işləyən su qızdırıcıları, külək
enerjisi generatorları, mikro su elektrik stansiyası (hidroqurğular), odun
kəpəyi qızdırıcıları, məişət qazı hasil etmək üçün bioqaz qurğuları kimi ucuz
alternativ enerji istehsalının mövcud üsul və vasitələri barədə biliklərinin
artırılmasına kömək edəcək, eləcə də evlərin izolyasiya olunması və enerjidən
səmərəli istifadə edilməsi barədə məsləhətlər veriləcək.
14 iyun 2005-ci il tarixdə BP, Avrasiya Fondu, BMK, ATƏT-in və Sənaye və
Energetika Nazirliyinin Rəhbəri və nümayəndələrinin iştirakı ilə "Enerji
avtobusu”nun rəsmi açılış mərasimi keçirilmişdir.
"Enerji avtobusu” təlimatçılar qrupu ilə birlikdə artıq Gəncəyə ezam
olunmuşdur. Hal-hazırda Gəncə və ətraf ərazilərdə yerli İcra Hakimiyyəti,
bələdiyyə və icma nümayəndələrinin iştirakı ilə nümayişlərin keçirilməsi davam
etdirilir.
<!-- [if !supportLineBreakNewLine] -->
<!-- [endif] -->