Donor: BTC Co. və Cənubi Qafqaz Boru Kəməri
Layihənin məqsədi:
-
BTC kəməri boyunca yerləşən icmalarda içməli su mənbələrinin araşdırılması;
-
Fərdi şəxslər və icmalar üçün asan əldə edilə bilən suyun saflaşdırılması üzrə sadə texnologiyaların müəyyənləşdirilməsi, əhalinin saf suya çıxışını təmin etmək.
Layihə üzrə görüləcək işlər:
-
Azərbaycan ərazisində icmaların içməli, suvarma və məişət suyu ilə təmin olunması işinə cəlb edilmiş yerli təşkilatlar və ekspertlərlə müsahibələrin təşkili;
-
Dövlət Melorasiya və Su Təsərrüfatı Agentliyi, AzərSu və onların regional şöbələri ilə müzakirələrin təşkili;
-
Hədəf icmaların hər birində suyun saflaşdırılması texnologiyalarının və metodlarının tətbiqi üzrə müzakirələrin təşkili;
-
Hədəf icmaların hər birində araşdırmaların aparılması;
-
Hədəf icmalarda su resurslarının müəyyənləşdirilməsi, həmçinin su nümunələrinin analizi və qiymətləndirilməsi;
-
Içməli, məişət və suvarma sularının keyfiyyətinin artırılması üzrə mövcud texnologiya və metodların araşdırılması;
-
Məlumatların və tədqiqat materiallarının toplanması, nəticələrin və tövsiyyələrin hazırlanması və sənədləşdirilməsi.
Layihə Hacıqabul, Kürdəmir, Ucar, Ağdaş və Yevlax rayonlarında həyata keçirilir.
Layihə Hacıqabul, Kürdəmir, Ucar, Ağdaş və Yevlax rayonlarında həyata keçirilir.
Artıq icmalarda sorğular keçirilmiş, mövcud vəziyyət öyrənilmişdir. Həmçinin icma üzvlərinin, bələdiyyə və yerli İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə dəyirmi masalar təşkil olunmuş, layihə barədə məlumatlar verilmişdir.