Donor: Şah Dəniz Şirkəti

Layihənin məqsədi: Bakı şəhəri, Xətai rayonu Zığ yolu, H.Z.Tağıyev adına Toxuculuq Kombinatının ətrafında yerləşən icmaları gücləndirəcək dayanıqlı və yaradıcı təşəbbüslərin dəstəklənməsi, gəlir yaratma imkanlarının yaradılması və sosial-iqtisadi imkanların yaxşılaşdırılması

İcma İnkişafı


İcma Fəaliyyət qruplarının icma işi ilə əlaqədar müxtəlif mövzularda bilik və bacarıqlarının artırılması və təcrübədə bu biliklərdən yararlana bilməsi məqsədilə nəzərdə tutulan təlim və məsləhətlərin verilməsi davam etdirilir. Bu təlimlər ekologiya, səhiyyə və sağlamlıq, layihələrin idarə olunması, layihələrin dayanıqlıq planlarının hazırlanması, ictimai maraqların müdafiəsi mövzularını əhatə etmişdir. 

İcma Təşəbbüslərinə dəstək


Layihə çərçivəsində əldə olunmuş nailiyyətlər sırasında icma təşəbbüslərinin dəstəklənməsi istiqamətində həyata keçirilmiş tədbirlər öz yerini tutmuşdur. Belə ki, icma üzvlərinin bacarıqlarının artırılması üçün ingilis dili və kompüter kursları təşkil olunmuşdur. Artıq 36 nəfər icma üzvü kompüter kurslarını müvəffəqiyyətlə başa vurmuşdur. 12 nəfərin qatıldığı ingilis dili kurslarına danışıq bacarıqlarının yaxşılaşdırılması məqsədilə əlavə olaraq danışıq dərsləri də daxil edilmişdir. 
"Dünya Azərbaycanlılarının həmrəylik günü” və "Yeni il” bayramı münasibətilə H.Z.Tağıyev adına Mədəniyyət Klubunda Yeni il şənliyi keçirilmişdir. Bu tədbirin keçirilməsində, icma üzvləri ilə yanaşı ərazidə fəaliyyət göstərən sahibkarlar və imkanlı şəxslər də yaxından iştirak etmişlər. 5-7 yaş arası 320 uşağın iştirakı ilə keçirilən tədbir "Qış nağılı” tamaşası ilə sona çatdı və uşaqlara yeni il hədiyyəsi təqdim edildi. Bu şənliyin təşkil olunması icma üzvləri və ərazidəki sahibkarların birgə fəaliyyətinin bariz nümunəsi idi.

 
İnfrastrukturun inkişafı

 
Oktyabr-dekabr ayları ərzində 4 icma ilə aşağıdakı layihələr üzrə müqavilə imzalanmışdır.
Etimad—”4 saylı yataqxananın hamamının təmiri”


Ulduz—”Ulduz İcma Resurs Mərkəzinin qurulması”


Doğru Yol—”İdman meydançasının bərpası”


Toxucu—”2 ikimərtəbəli binanın foyelərinin təmiri və sakinlərin istirahəti üçün oturacaqların qoyulması”.


Usta yanında Şagird Hazırlığı


Dekabr ayının 28-də "Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” və "Yeni il” bayramı ərəfəsində qadın bərbəri sahəsi kurslarında iştirak edən şagirdlərin iştirakı ilə SOS uşaq kəndində xeyriyyə kampaniyası keçirilmişdir. Kampaniya zamanı şagirdlər 25-ə yaxın azyaşlı qızlara və onların tərbiyəsi ilə məşğul olan analara bərbər xidməti göstərmişlər. 


Hal-hazırda 23 nəfər qadın bərbəri, kosmetologiya, rəssamlıq və qadın dərzisi peşələri üzrə təlimlərdə öz bacarıqlarını artırır.