Donor: Amerikanın
Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyi/CHF İnternational
İcmaların
səfərbər olunması
Azərbaycanın
şimal-şərq (Quba, Xaçmaz, Qusar, Dəvəçi) ilkin olaraq 6 fəaliyyətə cəlb olunaraq
səfərbər olunmuşdur.
Xaçmaz
rayonu - Mollabürhan, Sayad, Yalama
Quba - II Nügədi, Aşağı Atuc, Zərdabi
Icma
İnkişaf Şuralarının yaradılması
Səfərbər
olunmuş icmalarda Ümumi İcma Yığıncaqları keçirilmiş və layihə barədə
məlumatlar verilmişdir. Ümumi səsvermə yolu ilə İcma İnkişaf Şuraları
seçilmişdir.
İcma
Layihələrinin həyata keçirilməsi
İcmalarda
ardıcıl icma görüşləri və dəyirmi masalar təşkil edilərək icmalar tərəfindən
tərtib edilmiş layihə büdcələri və layihə təklifləri müzakirə edilmişdir.
Layihə təkliflərinin təkmil formada hazırlanması məqsədilə icmalarda məsləhət
saatları təşkil olunmuşdur.
Hədəf
icmalarda ilkin başlanğıc layihələri təqdim etmək üçün problemləri
müəyyənləşdirərək aşağıdakı layihələri prioritetləşdirmişlər:
Xaçmaz
rayonu üzrə:
Mollabürhan
icması—”İçməli su üçün yeni transformatorun qoyulması və elektrik xəttinin
çəkilməsi”
Sayad icması —Artezian quyusunun qazılması
Yalama icması —suvarma arxlarının təmizlənməsi və bərpası
Quba
rayonu üzrə:
II
Nügədi icması - Kəndarası yolların təmiri
Aşağı Atuc icması –Yeni suvarma arxının qazılması
Zərdabi icması - Kənd yolunun təmiri
3
layihə Mollabürhan icması—”İçməli su üçün yeni transformatorun qoyulması və
elektrik xəttinin çəkilməsi” , Yalama icması-”Suvarma arxlarının təmizlənməsi
və bərpası”, Zərdabi icması - "Kənd yolunun təmiri” tenderdə seçilmiş İcraçı
Təşkilata təqdim edilmişdir.
Mart ayında Şimal –Şərq regionu üzrə növbəti icmaların seçimi ilə əlaqədar
olaraq Dəvəçi, Xaçmaz, Quba və Qusar rayonlarından icma üzvləri. Bələdiyyə və
icra Nümayəndələrinin iştirakı ilə Geniş Rayon Görüşləri keçirilmişdir.
Görüşdə "Ümid” HSDM tərəfindən Proqramın təqdimatı aparılmış və iştirakçılara
müraciət formalarının doldurulma qaydaları izah edilmişdir.
Keçirilmiş görüşlərin nəticələrinə uyğun olaraq Şimal-Şərq bölgəsindən 121
müraciət forması qəbul edilərək Beynəlxalq CHF Təşkilatına təqdim edilmişdir.
"Ümid” HSDM-nin əməkdaşları Beynəlxalq CHF Təşkilatının baş ofisində müraciət
formalarının qiymətləndirilməsi prosesinə cəlb olunmuşdur.