Donor: Bakı Tbilisi Ceyhan (BTC Co.) və Cənubi Qafqaz Boru Kəməri (CQB Co.) Tərəfdaşları
Layihə üzrə "Ümid” aşağıdakı istiqamətlər üzrə fəaliyyətləri həyata keçirir:
Maarifləndirmə
Keçirilən dəyirmi masa və icma müzakirələri vasitəsilə icmaların layihənin məqsəd və vəzifələri barədə məlumatlılığı artırılmış və Suyun saflaşdırılması texnologiyaları və təhlükəsiz sudan istifadə haqqında broşurlar paylamaqla icmalar müvafiq sahə üzrə maarifləndirilmişlər.
İcmaların təşkilati bacarıqlarının artırılması
Bələdiyyə və yerli hakimiyyət orqanları ilə icma əməkdaşlığının gücləndirilməsi məqsədilə icmalar layihə təklifinin hazırlanması, donorlarla əlaqələrin yaradılması, maliyyənin tapılması və idarə olunması, layihələrin həyata keçirilməsi və dayanıqlığın təmin olunması üzrə təlim və məsləhətlərlə təmin olunmuşlar.
Təhlükəsiz suya çıxışın yaxşılaşdırılması
Layihənin həyata keçirilməsində icmanın birbaşa iştirakının təmin olunması məqsədilə müasir, istifadəsi asan olan suyun saflaşdırılması texnologiyalarının tətbiqi ilə icmalarda suyun saflaşdırılması üzrə mikro layihələr həyata keçirilir. Icmalar tərəfindən təqdim olunan mikro layihələrdə 25% icma töhfəsindən istifadə olunur. Müasir su təmizləyici qurğular, tender vasitəsilə seçilmiş İcraçı Təşkilat - "Aquatech” və "Aquazone” təşkilatı tərəfindən təmin ediləcək. Bu qurğular vasitəsilə su təmizlənərək əhaliyə saf su şəklində istifadəyə veriləcək.
Iqtisadi imkanların genişləndirilməsi
İcmalarda suyun saflaşdırılması üzrə tətbiq edilmiş texnologiyaların dayanıqlılığının təmin olunması məqsədilə Məhdud Məsuliyyətli Cəmiyyətlərin yaradılması nəzərdə tutulur. Elə bu məqsədlə də, artıq Ədliyyə Nazirliyinin regionlar üzrə şöbələrinə MMC-lərin qeydiyyatdan keçirilməsi ilə bağlı müvafiq sənədlər təqdim olunmuşdur.