2015-ci ilin may ayından "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi ("Ümid" SİD İB) Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, Azərbaycan Turizm və Menecment Universitetinin texniki dəstəyi ilə "QHT-lərin cəmiyyətin inkişafında rolunun artırılması üzrə tədbirlər” layihəsini həyata keçirmişdir. Layihə 8 ay müddətində icra olunmuşdur.
Layihənin məqsədi:
QHT-lərin cəmiyyətin inkişafında rolunun artırılması
Layihədən faydalananlar:
Layihənin icrasından ən azı 2 ali təhsil müəssisəsinin müəllim və professor heyətini, tələbələr, magistrlar və doktorantlar, həmçinin yerli və beynəlxalq sahibkarlıq subyektləri, QHT və ictimaiyyət nümayəndələri faydalanmışdır.
Gözlənilən nəticələr:
- Korporativ Sosial Məsuliyyət üzrə tədris proqramı hazırlanaraq, təsdiq üçün Təhsil Nazirliyinə təqdim olunacaq. Ən azı 2 ali təhsil müəssisəsində Korporativ Sosial Məsuliyyət fənninin tədris imkanları artırılacaq. Həmin müəssisələr dərs vəsaiti və proqramla təmin olunacaq;
- "Korporativ Sosial Məsuliyyətin” və "Qeyri Hökumət Təşkilatlarının Menecmenti” fənlərinin tədrisi mövzusuna həsr edilmiş 4 dəyirmi masa/seminar təşkil olunacaq;
- 10 Qeyri Hökumət təşkilatının, 5 biznes müəssisəsinin iştirakı ilə "Dövlət, özəl və ictimai sektor münasibətlərinə” təsiri mövzusuna həsr edilmiş 1 dəyirmi masa/seminar təşkil olunacaq;
- "Qeyri Hökumət Təşkilatlarının Menecmenti” fənninin mövzuları, alt mövzuları müəyyənləşdiriləcək, onların qısa təsviri və proqramın ilkin versiyası hazırlanacaq.