Donor: BP Eksploreyşn (Kaspian Si) ltd. şirkətivə Tərəfdaşları
Müddəti: noyabr, 2010 – aprel, 2012
Ərazi: Goranboy, Samux, Şəmkir, Tovuz və Ağstafa rayonlarının 30 icması və Qaradağ rayonunun 3 icması (Ümid, Sahil və Səngəçal)
Layihənin məqsədi: İcmaları davamlı inkişafa ruhlandırmaq
Layihənin vəzifələri: İcma sahibkarları və gənclərinin bacarıq və gəlirlərini artırmaq, dayanıqlı və bazar tələblərinə cavab verən vasitələrlə sosial problemlərin həllinə dəstək vermək
Layihənin əsas yanaşması: Faydalanan gənclər və kiçik sahibkarların iştirakı ilə digər maraqlı tərəflərlə (yerli hökumət orqanları və bələdiyyələrlə) yaxın əməkdaşlığın təmin edilməsi, hədəf icmalarda uzunmüddətli inkişafa yönələn birləşmiş icma layihələri həyata keçirilməsi, ətraf mühitin mühafizəsi və bu kimi digər sosial tədbirlərə gənclərin cəlb edilməsi
Layihənin naliyyətləri:
-
6 İcma təşəbbüsünün Birləşdirilmiş Büdcə Metodu (BBM) vasitəsilə icrası 14 000 nəfərin faydalandığı ekoloji cəhətdən zərərsiz və təhlükəsiz layihələrə çevrilib.
-
Əldə olunan bilikləri möhkəmləndirmək və gəncləri həvəsləndirmək, həmçinin BP və icmalar arasında əlaqələri formalaşdırmaqla 24 sosial layihə həyata keçirilib.
-
Layihə çərçivəsində 219 gənc UYŞH kursuna cəlb olunub.
-
Layihənin həyata keçirilməsi nəticəsində 59 gənc icma üzvü MBİL mükafatı alıb.
-
Hədəf icmalarda Təhlükəsizlik, Sosial İnkişaf, Sağlam Həyat, Biznes İnkişafı mövzusunda 200-dən çox təlim keçirilib.
-
18 Xidmət müəssisəsi insanları təmin edən keyfiyyəti vəmüxtəlif xidmətləri yaxşılaşdırmaqla gəlirlərini 25-30% qaldırıb.
-
12 Gənc İnformasiya Texnologiyası, Biznesin İnkişafı və Dayanıqlığı bacarıqlarını artırıb.