Donor: BPvə Tərəfdaşları

Müddət :avqust, 2007-avqust, 2010

Ərazi: Xətai rayonu Zığ platformasının ətrafında yerləşən icmalar, Bibiheybət, Bayıl, 20-ci km, Ümid, Sanqaçal və Şıxov qəsəbələri

Nəticə və naliyyətlər:

  1. 214 nəfər Usta yanında şagird hazırlığı metodu ilə 33 sahə üzrə peşə bacarıqlarına yiyələnmişdir
  2. Kursu bitirmiş gənclərdən 143 nəfər özünə iş yeri tapmışdır
  3. UYŞH üzrə ümumilkdə 156 müəssisə (firma, təşkilat) araşdırılmış və onlardan 46 ilə xidmət müqaviləsi bağlanmış və peşə təlimlərinə 83 nəfər usta\müəllim (70 usta, 13 müəllim) cəlb olunmuşdur
  4. UYŞH üzrə usta\müəllimlərə pedaqoji bacarıqların inkişaf etdirilməsi istiqamətində "Təlimçilər üçün təlim" (TOT) mövzusunda 2 təlim verilmişdir
  5. Kursa cəlb olunan şagirdlərə "Təhlükəsizlik və davranış" mövzusunda 9 təlim keçirilmişdir
  6. Biznesin inkişafı üzrə UYŞH kurslarına cəlb olunmuş şagirdlərə və yerli sahibkarlara "Sahibkarlıq fəaliyyəti". "Biznes planın hazırlanması", "Marketinq", "reklam və xidmət", "Uçotun aparılması", "sahibkarlıq və kiçik biznes", "İdarəetmə və onun prinsipləri" mövzularında 22 təlim keçirilmişdir. Təlimlərdə 225 nəfər (104 qadın, 121 kişi)
  7. UYŞH üzrə məzunlara "CV-nin hazırlanması və müsahibə" mövzusunda 3 təlim keçirilmişdir. Təlimlərdə 46 nəfər (19 qadın, 27 kişi) iştirak etmişdir
  8. İqtisadi imkanların artırılması və biznesin inkişafı üzrə 363 nəfər sahibkara 27 mövzuda 563 biznes məsləhəti verilmişdir. Məsləhətlərin nəticəsi olaraq, sahibkarların iqtisadi gəlirləri artmışdır
  9. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 23 nəfər fiziki şəxs olaraq Vergi Ödəyicisi kimi qeydiyyatdan keçmişdir (VÖEN) almışdır
  10. Möhkəm Başlanğıclı İqtisadi layihə qrantları və şəbəkə vasitəsilə UYŞH kurslarını bitirən gənclərdən 45 nəfəri iş yeri əldə etmiş və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qrantla təmin olunmuşdur
  11. Sahibkarların kreditə çıxışının yaxşılaşdırılması məqsədilə sahibkarların 3 kredit təşkilatı ilə 6 görüşü keçirilmişdir. Görüşdə 118 nəfər (60 qdın və 58 kişi) sahibkar iştirak etmişdir
  12. Təsirə məruz qalmış balıqçı ailələrdən 5 nəfəri 4 sahə üzrə, çoban ailələrindən isə 4 nəfər 3 sahə üzrə təlim kursuna cəlb olunmuşdur
  13. Layihə çərçivəsində http://www.yea.az adlı web sayt yaradılmışdır
  14. Layihədən 2856 nəfər faydalanmışdır. Onlardan 81 nəfəri məcburi köçkün, 21 nəfəri qaçqın və 612 nəfəri yerli icma üzvləridir