Donor: AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası
Müddəti: İyun, 2009 - Sentyabr, 2009
Ərazi: Qusar və Xaçmaz
Nəticə və naliyyətlər:
-
4 icma UİİP hazırlanması istiqamətində təlimlərə cəlb edilmişdir;
-
4 İcma Əlaqələndiricisinin Təlimçilik Bacarıqları inkişaf etdirilmişdir;
-
4 İcma Qrupu özünün UİİP-nı hazırlamaq üçün məsləhət və mentorluq xidmətləri ilə təmin olunmuşdur;
-
UİİP hazırlanması prosesində bələdiyyə, yerli hökumət orqanları və nazirliklərin regional ofis nümayəndələri ilə əməkdaşlıq yaradımışdır. Bu əlaqələr nəticəsində əhalinin bir sıra yerli problemlərinin həllinə diqqət artırılmışdır;
-
4 icmanın bazar və sosial-iqtisadi ehtiyacları müəyyənləşdirilmiş, GZİT analizi aparılmış, icmaların UİİP hazırlamaq üzrə bacarıqları artırılmışdır;
-
4 icma üzrə 19 sosial-iqtisadi ehtiyac müəyyənləşdirilərək layihələndirilmiş və hazırlanmış UİİP-na daxil edilmişdir;
-
İcma fəallarınının biznes bacarıqları artırılmış, onlar donor asılılığından çıxış və uzunmüddətli inkişaf planı barəsində aydın təsəvvürə malik olmuşlar;
-
İcmalar/İƏT hökumət təşkilatları ilə əlaqələndirilmişlər;
-
4 icmanın UİİP hazırlanaraq dövlət proqramlarına inteqrasiya olunmaq üçün İqtisadi İnkişaf Nazirliyinin Quba-Xaçmaz Regional Bölməsinə təqdim edilmişdir.