Donor: BP Eksploreyşn (Xəzər Dənizi) Ltd. Şirkəti və Tərəfdaşları

Müddət: Oktyabr, 2008-May, 2009
Ərazi: Qaradağ rayonu

Nəticə və naliyyətlər:

  1. Qobu Müəssisəsinin 7 saylı təsərrüfat briqadasının «Yeddi Ağıl» qış yatağından «Köhnə Ağıl» qış yatağına köçürülməsi başa çatdırılmışdır;
  2. "Yeddi Ağıl" qış yatağı Qobu müəssisəsinin, «Ümid» HSDM-nin, BP şirkətinin nümayəndələrinin iştirakı ilə sökülərək ləğv edilmişdir;
  3. "Köhnə ağıl" («Ürək təpəsi») qış yatağında yerləşən 7 ədəd tövlə əsaslı təmir olunmuşdur;
  4. 1 ədəd təsərrüfat təyinatlı dam, 1 ədəd ümumi mətbəx bərpa edilmişdir;
  5. 3 çoban evi əsaslı təmir və bərpa edilmiş, hər bir evə içməli su çəni quraşdırılmış, ailələr mətbəx, hamam və ayaqyolu ilə təmin edilmişdir;
  6. Qoyunlar üçün dezinfeksiya qurğusu bərpa edilmişdir;
  7. Tövlələrarası qoyun ağılları təmir edilmişdir;
  8. Heyvanların su təminatı üçün su nohuru bərpa edilmişdir;
  9. Təsirə məruz qalmış çobanların 4 övladı peşə bacarıqlarına yiyələnmək məqsədilə «Usta yanında şagird hazırlığı» metodu ilə peşə kurslarına cəlb olunmuşdur;
  10. Yataqdakı icbari təhsil yaşında olan iki uşağa Təhsil Nazirliyi ilə razılaşdırılmış şəkildə fərdi dərslərin keçilməsi təmin edilmişdir.