Donor: AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası
Nəticə və naliyyətlər:
-
Hədəf regionlarda yerli QHT-lərin mövcud inkişaf səviyyəsini qiymətləndirmək məqsədilə 12 Yerli QHT-də sorğular keçirilmiş və bu təşkilatların bacarıqları Təşkilati Qiymətləndirmə Aləti (TQA) vasitəsilə qiymətləndirilmişdir;
-
Sorğu keçirilmiş təşkilatların arasından 6 QHT seçilərək onların institusional və təşkilati bacarıqlarının artırılması məqsədilə 4 mövzuda - "Ehtiyacların müəyyənləşdirilməsi və maraqlı tərəflərin analizi", "Layihənin məqsədi, vəzifələri və problemlərin həlli yolları, strategiyanın təhlili", "Fəaliyyətin planlaşdırılması" və "Layihə təkliflərinin yazılması" təlimlər keçirilmişdir;
-
Layihə təklifinin yazılması sahəsində 6 yerli QHT-nin praktiki bacarıqlarını gücləndirmək məqsədilə məsləhət saatları təşkil edilmişdir;
-
Hədəf regionlarda fəaliyyət göstərən yerli QHT və İctimai birliklərin birbirilə inteqrasıyası və əməkdaşlığına şərait yaradılmışdır.