Donor: BP Eksploreyşn (Kaspian Si) vəTərəfdaşları

Müddət: May, 2006 -Sentyabr, 2007

Ərazi: Yevlax, Ağdaş, Ağstafa, Tovuz, Kürdəmir, Ucar, Goranboy və Samux rayonları 

Nəticə və naliyyətlər:

  1. İcmaların öz ətraf mühit və enerji məsələlərini təhlükəsiz və dayanıqlı bir şəkildə daha yaxşı idarə etməsinə/istifadəsinə dair 43 icmada maarifləndirmə işləri həyata keçirilmişdir. Bu maarifləndirmə tədbirləri səyyar "Enerji Avtobusu" vasitəsilə həyata keçirilmişdir. Maarifləndirmə tədbirləri zamanı Enerji avtobusunun xaricində yerləşdirilıən geniş ekranlı monitorda Bakı-Tbilisi-Ceyhan Boru kəməri, Xəzər Enerji Mərkəzinin məqsəd və vəzifələri və BP Şirkətinin dəstəyi ilə icmalarda həyata keçirilən layihələr barədə, habelə Ətraf mühit, ekologiya, məişət tullantılarının idarə olunması və alternativ enerji qurğularına dair filmlər nümayiş etdirilmişdir. Həmçinin, icma üzvləri Avtobusun daxilindəki seksiyalarda yerləşdirilən alternativ enerji qurğularına dair maketlər və avadanlıqlarla tanış olmuşlar;
  2. 36 orta məktəbdə 5-11-ci sinif şagirdlərinə "Ətraf mühit/Ekologiya, Alternativ enerji və Təhlükəsizlik" mövzularında təlimlər keçirilmişdir.Təlimlərdə 1234 nəfər şagird iştirak etmişdir;
  3. Təlim keçirilmiş 35 məktəbdə şagirdlər arasında "Ətraf mühit, Ekologiya, Enerjidən səmərəli istifadə və Təhlükəsizlik" mövzusunda rəsm və məqalə müsabiqəsi keçirilmişdir. Müsabiqədə Yevlax, Ağdaş, Tovuz və Ağstafa rayonundan 479 şagird iştirak etmişdir. Müsabiqə iştirakçıları müsabiqəyə 267 məqalə (hekayə) və 281 rəsm təqdim etmişdilər. Təqdim edilən məqalə və rəsmlər arasından 7 rəsm və 6 məqalə əsas qalib, 33 rəsm və 14 məqalə həvəsləndirici mükafata layiq görülmüşdür. Qalib rəsm və məqalələr "Şəkər Villası" qəzetində dərc edilmişdir;
  4. Regionlarda fəaliyyət göstərən 3 Tibb Məntəqəsində və 1 kənd xəstəxanasının cərrahiyə şöbəsində elektrik enerjisi və isti su əldə etmək məqsədilə Foto Voltik Modeli və Günəş kollektoru quraşdırılmışdır;
    Regionlarda əhalinin içməli su ilə təminatı məqsədilə fəaliyyət göstərən 2 Su Təmizləmə qurğusunun üzərində Günəş enerjisindən elektrik əldə etmək üçün Foto Voltik Modeli qurğusu quraşdırılmışdır ;
    2 icmada təhlükəsizliyin təminatı məqsədilə "Körpünün bərpası" və "Məktəb həyətinin hasara alınması" layihəsi həyata keçirilmişdir.