Nəticə və nailiyyətlər:
-
10 hədəf icmasında (Etimad, İnam, Ulduz, Uğur, Doğru Yol, Səma, Həqiqət, Nargilə Toxucu və Birlik) fəal İcma Fəaliyyət Qrupları (İFQ) yaradılmışdır.Bu İFQ üzvlərinin sayı 105 nəfərdən ibarət olmuşdur;İcma fəalları üçün 20 mövzuda 178 təlim verilmişdir. Təlimlərdə 1836 nəfər iştirak etmişdir (717 kişi, 119 qadın);
-
İcmalarda 10 dayanıqlı icma fondu yaradılmışdır;
-
415 ailə içməli sudan istifadə imkanı əldə etmiş, icmaların içməli su ilə təchizatı yaxşılaşdırılmışdır;120 ailənin elektrik enerjisi ilə təchizatı yaxşılaşdırılmışdır, nəticədə sakinlərin elektrik enerjisindən qeyri-qanuni istifadəsi minimuma endirilmiş və elektrik sistemi ilə əlaqədar bədbəxt hadisələrin qarşısı alınmışdır;
-
22 ailənin qazla təminatı artırılmışdır, elektrik xətlərinin həddindən artıq yüklənməsi nəticəsində baş verən bədbəxt hadisələrin sayı iki dəfə azalmışdır;
-
Hədəf ərazidə yerləşən 116 və 63 saylı orta məktəblərin normal iş şəraiti payız və qış aylarında bərpa olunmuş, nəmişlik nəticəsində yaranan xəstəliklərin sayı azalmış, şagirdlərin və müəllimlərin davamiyyəti artmış, təhsilin müvəffəqiyyət nisbəti 50% artmışdır;
-
315 və 288 saylı bağçalarda ərzaq blokunun təmiri nəticəsində uşaqların ərzaq təminatı yaxşılaşmış, uşaqların ərzaqla zəhərlənməsi hallarının qarşısı alınmış və bağçaların təhlükəsizliyi bərpa edilmişdir;
-
315 və 288 saylı bağçalarda uşaqların əyləncəsi və istirahəti üçün əlverişli şərait yaradılmış, uşaqların fiziki travmalar alma halları minimuma endirilmişdir;
-
Icmadaxili yollar nəqliyyat vasitələrinin və piyadaların normal hərəkəti üçün təmir edilmiş, bədbəxt hadisələrin sayı azalmışdır;
-
Icmaların qarşılıqlı inteqrasiyası və ən yaxşı təcrübənin öyrənilməsi istiqamətində 7 tədbir təşkil edilmişdir (2 inteqrasiya seminarı – 86 iştirakçı, 5 – icmalar tərəfindən kros-səfərlər);
-
Azərbaycan Neft Akademiyasındatəhsil alan 36 tələbə üçün ingilis dili kursları təşkil edilmişdir;
-
Hədəf icmalarda 11 Sürətli Nümayiş Layihələri və 23 mikro-layihə həyata keçirilmişdir;
-
Icmalar tərəfindən həyata keçirilən 19 layihə müvafiq orqanlara və bələdiyyələrə ötürülmüşdür;
-
294 nəfərin iştirakı ilə 29 sahibkarlıq və biznes təlimləri keçirilmişdir;
-
126 nəfər insan kredit institutları ilə əlaqələndirilmiş və kredit almışlar;
-
Usta Yanında Şagird Hazırlığı metodu ilə peşə bacarıqları əldə etmiş 31 nəfər gənc öz bizneslərini qurmaq məqsədilə vəsaitlə təmin olunaraq Möhkəm Başlanğıclı İqtisadi Layihələr həyata keçirmişlər;
-
157 nəfər gənc Usta Yanında Şagird Hazırlığı metodu ilə peşə bacarıqları əldə etmək məqsədilə təlimlərə cəlb edilmişdir;
-
36 gənc kompüter bacarıqları əldə etmişdir;
-
Icmaların problemlərinin həllində yerli icra orqanlarının rolu artmışdır;
-
Hədəf ərazidə 8 nəfərdən ibarət təmir-tikinti qrupu yaradılmışdır;
-
Həyata keçirilən icma layihələri və maarifləndrimə tədbrilərinin nəticəsində ərazidə epidemioloji xəstəliklərin yayılması təhlükəsi azalmışdır.