Donor: Bakı-Tbilisi-Ceyhan (BTC) Co. və Cənubi Qafqaz Boru Kəməri (CQB) Co. Tərəfdaşları
Müddət: noyabr, 2005 -mart, 2008
Ərazi: Kürdəmir, Ucar, Ağdaş rayonları

 

Nəticə və nailiyyətlər:

  1. 11icmada (Kürdəmir- Sığırlı, Karrar kənd, Karrar qəsəbə, Atakişili, Çöhranlı, Ucar –Bərgüşad, Güləbənd, Alpout, Qarabörk, Təzə Şilyan və Ağdaş - Orta Ləki) içməli su təchizatının yaxşılaşdırlıması məqsədilə su təmizləyici qurğular quraşdırılmış və beləliklə 20000 nəfər icma üzvünün təhlükəsiz suya çıxışı təmin olunmuşdur;
  2. Əhalinin təmiz su barədə məlumatlılığının artırılması məqsədilə hazırlanmış«İçdiyimiz su», «Su mənbələrinin çirklənmədən və tükənmədən mühafizəsi»,"Təmiz su için»və "Su həyatın əsasısır"adlı bukletlər hazırlanmışdır.13269 icma üzvü bu bukletlərvasitəsilə içməli su, onun təmizlənməsi, təbii suyu çirkləndirən mənbələr, çirkli suların tərkibi, su mənbələrinin məişət tullantıları ilə çirklənmədən mühafizə yolları və icmalarda quraşdırılmış su təmizləyici qurğuların köməyi ilə təmizlənmiş suyun keyfiyyəti və əhəmiyyətliliyi barədə məlumatlandırılmışdır. Maarifləndirmə işlərində məktəblilər fəal iştirak etmişdir. Öz aktivliyi ilə seçilən Atakişili və Təzə Şilyan məktəb şagirdlərindən 4 nəfəri qiymətli hədiyyələr və diplomla, 9 nəfəri isə diplomla mükafatlandırılmışdır;
  3. İcmalarda quraşdırılmış su təmizləmə qurğularının dayanıqlığının təmin olunması, suyun satışının təşkili, satışdan əldə olunan gəlirin şəffaf və effektiv istifadəsinin təmin olunması məqsədilə 8 MMC yaradılmışdır;
  4. Kommersiya qabiliyyətinin və bacarığının artırılması istiqamətində MMC üzvlərinə«İdarəetmə və onun əsas prinsipləri» mövzusunda təlim və məsləhət saatları təşkil edilmişdir;
  5. Su təmizləyici qurğular quraşdırılmış icmalarda yaşayan 257 aztəminatlı ailə MMC-lər tərəfindən 139.5 ton pulsuz su ilə təmin edilmişdir;
  6. İcmaların təşkilatı və institusional bacarıqlarının artırılması üzrə ehtiyacları müəyyənləşdirilmiş, icmalarda İFQ üzvləri, Bələdiyyə və Yerli Hakimiyyət nümayəndələri «Layihənin yazılması», » İdarəetmə və nəzarət bacarıqları», «İnformasiyanın idarə olunması» və «Effektiv təqdimat» mövzularındatəlimlərinə cəlb olunmuş, hər bir icmada »Layihə təklifinin yazılması « üzrə məsləhət saatları təşkil edilmişdir.