Donor: BP Ekploreyşn (Kaspian Si) Ltd. Şirkəti

Müddət: oktyabr, 2003 - mart, 2006 
Ərazi: Kürdəmir, Ucar, Yevlax, Goranboy, Samux, Şəmkir, Ağstafa rayonları

 

Nəticə və nailiyyətlər:

  1. "Enerji avtobusu" vasitəsilə Bakı-Tbilisi-Ceyhan boru kəməri boyunca yerləşən icmalarda alternativ enerji mənbələri barədə ətraflı məlumatların verilməsini təmin etmək və icmalara enerji çözümləri tapmaqda icmalara kömək etmək məqsədilə maarifləndirmə tədbirləri həyata keçirilmişdir. Maarifləndirmə tədbirlərində səyyar sərgi xarakteri daşıyan Enerji avtobusu vasitəsilə istehlakçılara maketlərin və alternativ enerji texnologiyalarının işlək modellərinin, izolyasiya materiallarının, həmçinin müvafiq sxemlərin nümayiş etdirilməsi ilə enerjidən təhlükəsiz və qənaətli istifadə üzrə məlumatlar verilmişdir;
  2. Layihə icmaların sadə günəş panelləri ilə işləyən su qızdırıcıları, külək enerjisi generatorları, mikro su elektrik stansiyası (hidroqurğular), odun kəpəyi qızdırıcıları, məişət qazı hasil etmək üçün bioqaz qurğuları kimi ucuz alternativ enerji istehsalının mövcud üsul və vasitələri barədə biliklərinin artırılmasına kömək etmiş, eləcə də evlərin izolyasiya olunması və enerjidən səmərəli istifadə edilməsi barədə məsləhətlər verilmişdir;
  3. Orta məktəblərin 9-11-ci sinif şagirdlərinə enerji resurslarından effektiv və təhlükəsiz istifadə, enerji texnologiyaları və izolyasiya işləri üzrə 22 təlim keçirilmişdir;
  4. 49 sahibkar Mikro SES, Bioqaz qurğusu, Günəş kollektoru, Yonqar sobasının quraşdırılması ilə bağlı məsləhətlə təmin olunmuşlar;
  5. 23 ictimai obyektdə -12 məktəb, 3 xəstəxana, 2 Bələdiyyə otağı, 1 mağaza, 3 uşaq bağçası, 3 yerli icra nümayəndəliyinin otağı və 1 əczaxanada təlimat və izolyasiya işləri aparılmışdır.