Sumqayıtda məcburi köçkünlərdən ibarət “Əmanət və kredit” qruplarına iqtisadi dəstək
Donor: Danimarka Qaçqınlar Şurası
Yer: Sumqayıt
Müddəti: Fevral 2002-Dekabr 2003
Nəticələr və Nailiyyətlər: Birinci mərhələdə qruplar arasında 124,8 milyon manat vəsait verilmiş, ondan 24 mart 2003-cü il tarixinə 119,2 milyon manat ödənilmişdir. Qruplar indiyədək kreditlərini tam ödəmişlər; Layihə prinsipləri və qəbul edilmiş nizamnamə əsasında qrupların 2 aylıq fəaliyyəti işçi qrup tərəfindən təhlil edilmiş və ikinci mərhələdə 29 qrup seçilmişdir; Bu 29 qrupa 58,8 milyon manat məbləğində kredit verilmişdir ki, bunun da 24 mart 2003-cü il tarixinə 32,3 milyon manatı qruplar tərəfindən ödənilmişdir; Kreditlə təmin olunmuş İcma Komitələrinin üzvləri 2002-ci ilin sonu və 2003-cü ilin əvvəlində ÜMİD-in Sumqayıt ofisində təşkil olunmuş "İcma səfərbərliyi” və "Uzunmüddətli İcma Fəaliyyət Planı” təlimlərinə cəlb olunmuşlar.