İsrayıl İsgəndərov

İsrayıl İsgəndərov

İcraçı Direktor

1997-ci ildən “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin təsisçilərindən biri olan İsrayıl İsgəndərov, İcraçı Direktor kimi təşkilatın fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə və strateji inkişafına, icma inkişafı, sosial rifahın artırılması, yoxsulluğun azaldılması, təhsil, qadınların və gənclərin səlahiyyətləndirilməsi, vətəndaş cəmiyyətinin gücləndirilməsi sahələrində mühüm təşəbbüslərin həyata keçirilməsinə, həmçinin yerli və beynəlxalq tərəfdaşlıq əlaqələrinin qurulmasına və layihələrin uğurlu icrasına rəhbərlik edir. Bununla yanaşı, müxtəlif dövlət və təhsil müəssisələrində idarəetmə və pedaqoji sahədə uzunmüddətli təcrübəyə malikdir.
Rasim Quliyev

Rasim Quliyev

Proqram Direktoru

1997-ci ildən “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin təsisçilərindən biri olan Rasim Quliyev, Proqram Direktoru kimi təşkilatın fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə və proqramlarının strateji idarə olunmasına rəhbərlik edir. O, icma inkişafı, sosial rifah, məcburi köçkünlərin iqtisadi imkanlarının genişləndirilməsi və vətəndaş cəmiyyətinin gücləndirilməsi üzrə layihələrin planlaşdırılması, icrası və monitorinqinə nəzarət edir. Rasim Quliyev, həmçinin strateji planlaşdırma, proqram dizaynı və qiymətləndirilməsi üzrə peşəkar məsləhətçi və təlimçidir.
Ramiz Əliyev

Ramiz Əliyev

Maliyyə Meneceri

2003-cü ildən “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Maliyyə Meneceri kimi fəaliyyət göstərən Ramiz Əliyev təşkilatın maliyyə idarəçiliyinə rəhbərlik edir və resursların şəffaf, hesabatlı şəkildə idarə olunmasına nəzarət edir. O, büdcələrin hazırlanması və icrası, vergi orqanları və donorlarla maliyyə hesabatlarının koordinasiyası, layihə xərclərinin monitorinqi, audit və daxili nəzarət mexanizmlərinin tətbiqi sahələrində geniş təcrübəyə malik peşəkar mütəxəssisdir. Ramiz Əliyev, Sankt-Peterburq Dövlət İqtisad Universitetində mühasibat uçotu və iqtisadiyyat üzrə ali təhsil alıb.
Elişan Əsgərov

Elişan Əsgərov

Təchizat Meneceri

Elişan Əsgərov 2001-ci ildən “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyində çalışır. Bu dövrdə o, Paylanma və Logistika Meneceri vəzifələrində fəaliyyət göstərmiş, hazırda isə Təchizat Meneceri kimi fəaliyyətini davam etdirir. Onun əsas vəzifə sahələrinə layihələr üçün zəruri materialların təchizatı, texniki və maddi ehtiyacların müəyyənləşdirilməsi, tender və satınalma proseslərində iştirak, həmçinin regional ofislərin və tədbirlərin logistik təminatı daxildir. Müxtəlif sahələrdə topladığı zəngin təcrübəsi və təşkilati bacarıqları onu komandamızın dəyərli üzvünə çevirmişdir.
Əflatun Verdiyev

Əflatun Verdiyev

Regional Koordinator

Əflatun Verdiyev “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyində 2006-cı ildən müxtəlif layihə və təşəbbüslərdə aparıcı rollarda çıxış etmişdir. Hazırda o, təşkilatın Regional Koordinatoru kimi fəaliyyət göstərir. Onun uzunmüddətli fəaliyyəti müddətində layihə idarəçiliyi, icma inkişafı, sosial tədqiqatlar, peşə təlimləri, gənclərin iqtisadi gücləndirilməsi, yerli idarəetmə və sağlam həyat tərzi üzrə maarifləndirmə sahələrində dəyərli töhfələri olmuşdur. O, Azərbaycanda 6 iqtisadi-coğrafi bölgəni əhatə edən 30 rayon və 200-dən çox icmada layihələrin əlaqələndirilməsi və icrası sahəsində zəngin regional təcrübəyə malikdir.
Aynur Tağıyeva

Aynur Tağıyeva

Tədqiqat və İnkişaf üzrə Menecer

Aynur Tağıyeva 2014-cü ildən “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyində fəaliyyət göstərir. Tədqiqat və İnkişaf Meneceri kimi layihə təkliflərinin hazırlanması, donor müraciətlərinin tərtibi, hesabatların yazılması, daxili sənədlərin tərcümə və redaktəsi, tərəfdaşlarla effektiv kommunikasiya və metodoloji sənədlərin hazırlanmasında fəal iştirak edir. Eyni zamanda, təşkilatın informasiya menecmentinə cavabdehdir: rəsmi veb-sayt və sosial media hesablarını idarə edir, beynəlxalq platformalarda qeydiyyat və təmsilçiliyi təmin edir, layihələrin mediada işıqlandırılması və press-relizlərin hazırlanmasını həyata keçirir.
Sərdar Hüseynov

Sərdar Hüseynov

Monitorinq və Qiymətləndirmə üzrə Mütəxəssis

Sərdar Hüseynov 2024-cü ildən “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyində Monitorinq və Qiymətləndirmə Mütəxəssisi kimi fəaliyyət göstərir. O, müxtəlif dövrlərdə də təşkilatın icra etdiyi layihələrdə M&E komponentinin tətbiqi və təhlilinə rəhbərlik etmişdir. Müstəqil mütəxəssis kimi UNDP, WHO, UNICEF, Aİ, Dünya Bankı, GIZ, FAO və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq etmişdir. Eyni zamanda, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, ƏƏSMN, DMA və AAYDA-nın dəstəyi ilə layihələrdə M&E sistemlərinin qurulması və sosial təsir qiymətləndirilməsində əsas mütəxəssis kimi iştirak etmişdir.
Xəyala İsgəndərova

Xəyala İsgəndərova

Mühasibatlıq və kargüzarlıq işləri üzrə mütəxəssis

Xəyala İsgəndərova 2022-ci ildən “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyində mühasibatlıq və kargüzarlıq işləri üzrə mütəxəssis kimi fəaliyyət göstərir. O, eyni zamanda maliyyə menecerinin köməkçisi kimi maliyyə hesabatlarının hazırlanması, əməkhaqqı və müqavilələrin tərtibi, vergi sənədlərinin hazırlanması və layihə xərclərinin izlənməsi proseslərində iştirak edir. Bundan əvvəl o, 2014-2016-cı illərdə “Azərbaycan Kənd İnvestisiya Layihəsi”ndə monitorinq köməkçisi kimi çalışaraq layihələrin qiymətləndirilməsi məqsədilə sorğuların hazırlanması və nəticələrin hesabatlaşdırılması sahəsində təcrübə qazanıb. 
Nizami Musayev

Nizami Musayev

Su və Kənd Təsərrüfatı üzrə Mütəxəssis

Kənd təsərrüfatı və su təchizatı sahəsində 40 ildən artıq təcrübəyə malik olan Nizami Musayev hazırda “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyində Su və Kənd Təsərrüfatı Mütəxəssisi kimi fəaliyyət göstərir. O, müxtəlif illərdə təşkilatın kənd təsərrüfatı layihələrinə də öz töhfəsini vermişdir. O, FAO, UNDP, Avropa İttifaqı və digər beynəlxalq təşkilatların dəstəyi ilə həyata keçirilən layihələrdə kənd təsərrüfatı üzrə milli məsləhətçi, təlimçi, modul müəllifi və ekspert qismində çıxış etmişdir. İqtisadi inkişaf planlaşdırılması, innovativ məsləhət xidmətləri, kənd qiymətləndirməsi və MK icmalarının dəstəklənməsi sahələrində geniş təcrübəyə malikdir.
Çimnaz Hüseynova

Çimnaz Hüseynova

İcma Səfərbərliyi üzrə Mütəxəssis

2023-cü ildən etibarən Çimnaz Hüseynova “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyində İcma Səfərbərliyi üzrə Mütəxəssis kimi fəaliyyət göstərir. O, icmalar və yerli orqanlarla əməkdaşlıq edərək layihənin idarə olunması, icma araşdırmalarının aparılması, sorğuların təşkili, sənədlərin hazırlanması, İcma İnkişaf Şuralarının yaradılması, onların üzvlərinin təlimi və mikrolayihələrin icrasına nəzarətdə iştirak edir. Əvvəlki illərdə isə BMT QAK, SOS Uşaq Kəndləri və Avropa İttifaqı tərəfindən dəstəklənən layihələrdə sosial ekspert və səfərbərçi kimi çalışaraq məcburi köçkün və aztəminatlı icmaların dəstəklənməsində mühüm rol oynamışdır.