“Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi — Azərbaycanın fəal, şəffaf və və ictimai fayda yönümlü milli qeyri-hökumət təşkilatlarından biridir.
Fəaliyyət istiqamətlərimiz insanların rifahına yönəlmiş, real ehtiyaclara cavab verən təşəbbüslər və sosial dəyişiklik yaratmaq məqsədi ilə formalaşmışdır.
“Ümid” SİD İB əhalinin aztəminatlı təbəqələrinə – onların əsas ehtiyaclarının ödənilməsi, sosial problemlərinin həlli, təhsil şəraitinin yaxşılaşdırılması istiqamətində – dəstək göstərən, icmaların inkişafına və əhali üçün iqtisadi imkanların yaradılmasına töhfə verən, kəndlərin sosial-iqtisadi problemlərinin həllinə öz resurslarını səfərbər edən ixtisaslaşmış müstəqil birlikdir. Təşkilat, eyni zamanda, Azərbaycanda regionların sosial-iqtisadi təhlili, dayanıqlı inkişaf və regional inkişaf göstəricilərinin müəyyənləşdirilməsi istiqamətində tədqiqat layihələri həyata keçirir.
Təşkilat fəaliyyətinə 1997-ci ildə Sumqayıtda, kiçik bir məcburi köçkün icması ilə başlamışdır. Həmin icmada həyata keçirilən kiçikhəcmli kredit layihəsi ilə uğur qazanan “Ümid” SİD İB, innovativ yanaşması və yerli ehtiyaclara həssaslığı ilə qısa zamanda etimad və nüfuz qazanmışdır.
Bu gün isə biz daha geniş coğrafiyada, daha böyük hədəflərlə fəaliyyətimizi davam etdiririk.