"Ümid" Sosial İnkişafa Dəstək İctimai Birliyi COP29-da suvarma və içməli su təchizatına dair yan tədbir keçirib
12 noyabr 2024
12 noyabr 2024-cü il tarixində "Ümid" Sosial İnkişafa Dəstək İctimai Birliyi COP29 çərçivəsində Yaşıl Zonada yerləşən Milli QHT Forumu Pavilyonunda "Suvarma və İçməli Su Təchizatı üçün İcma Səviyyəli Həll Variantları" mövzusunda panel müzakirəsi təşkil edib. Tədbirdə QHT nümayəndələri, ekspertlər və icma üzvləri iştirak edib. Paneldə bir çox regionda, o cümlədən Azərbaycanda, gözlənilən içməli və suvarma suyu qıtlığı ilə bağlı problemlərin həlli müzakirə olunub.