"Ümid" SİD İB-nin BMT QAK-ın maliyyə dəstəyi ilə icra etdiyi layihəsi çərçivəsində hazırlanan uğur hekayələri BMT Azərbaycan saytında yayımlanıb

"Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) maliyyə dəstəyi ilə icra etdiyi "Mingəçevir, Goranboy, Yevlax şəhər və rayonlarında Məcburi Köçkün İcmalarının səfərbərliyi və bacarıqlarının artırılması” layihəsi çərçivəsində Usta Yanında Şagird Hazırlığı komponenti üzrə uğur qazanmış iki müdavimin (Rəvan Əhmədov, Günel İsmayılova) "Gənc aşpaz usta yanında şagirdlik proqramı fürsətindən yararlanır" və "Günel qadın saç ustası kimi yeni həyata başlayır" adlı uğur hekayələri BMT-nin Azərbaycan saytında iki dildə (Azərbaycan və İngilis) yayımlanmışdır.
Yayım linkləri:
  • https://azerbaijan.un.org/en/256866-young-chef-seizes-opportunity-through-apprenticeship-programme
  • https://azerbaijan.un.org/az/256866-g%C9%99nc-aşpaz-usta-yanında-şagirdlik-proqramı-fürs%C9%99tind%C9%99n-yararlanır
  • https://azerbaijan.un.org/en/256867-gunel
  • https://azerbaijan.un.org/az/256867-g%C3%BCnel-qad%C4%B1n-sa%C3%A7-ustas%C4%B1-kimi-yeni-h%C9%99yata-ba%C5%9Flay%C4%B1r