QHT düşüncələrim silsiləsindən
“İctimai fayda” nədir və niyə vacibdir?
“Zəfər”dən sonrakı dövrdə formalaşmış mühit QHT fəlsəfəsinin əsasını təşkil edən “ictimai faydalılıq” əmsalının artırılmasına təsir göstərib. Bu gün Azərbaycan QHT-lərinin əsas ehtiyaclarından biri də məhz bu əmsalın artırılmasıdır.
Bəs “ictimai fayda” nədir?
Bu termin, cəmiyyətin və ya onun bəzi əhəmiyyətli alt qruplarına fayda verən fəaliyyəti təsvir etmək üçün istifadə olunur. “İctimai fayda” məqsədləri ilə “xeyriyyə” məqsədləri yaxın görünə bilər, lakin tam üst-üstə düşmür.
"İctimai fayda" – kiçik qrupun şəxsi maraqlarından fərqli olaraq, daha geniş ictimaiyyətə xidmət edən fəaliyyət deməkdir. Bu anlayış fərdi maraqlardan daha üstün, cəmiyyətin bütövlükdə və ya onun əhəmiyyətli hissəsinin kollektiv faydasına yönəlmiş fəaliyyəti əhatə edir.
Diqqətçəkən məqam:
Bəzən bəzi QHT-lər və ekspertlər sadəcə cəmiyyətin dəstəyini qazanmaq məqsədilə bu termindən istifadə edirlər. Amma özünü “ictimai faydalı təşkilat” adlandırmaq üçün bir sıra əsas meyarlara cavab vermək vacibdir:
-
Təşkilat olaraq cəmiyyətə real və ölçülə bilən faydalar vermək imkanı olmalıdır;
-
Fərdlərə verilən şəxsi faydalar təsadüfi olmalı və ictimai faydanı üstələməməlidir;
-
Hədəf qrup – yəni faydalananlar – geniş ictimai qrupları əhatə etməlidir;
-
Şəxsi münasibətlər və ayrıseçkilik yolu ilə faydalanmaq imkanları istisna edilməlidir.
Nəticə:
“İctimai faydalı təşkilat” statusu qanunla verilmir – bu status qazanılır. Bu statusa malik təşkilatlar adətən hökumətdən birbaşa və ya dolayı subsidiyalar ala bilir. Ancaq bu yardım təşkilatın müstəqilliyinə xələl gətirməməlidir. Eyni zamanda, belə təşkilatlar həm üzvləri, benefisiarları, istifadəçiləri, həm də bütövlükdə cəmiyyət qarşısında hesabatlı olmalıdırlar.
Daha ətraflı oxu: