Uğurlarımız
🔹 Qısa İcmal
"Ümid” SİD İB, 26 illik fəaliyyəti dövründə Azərbaycanda bacarıqların artırılması, institusional inkişaf və icma inkişafı sahəsində aparıcı məsləhətçi təşkilat kimi formalaşmışdır.
Təşkilatımız yerli hökumət orqanları, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, BP şirkəti, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR), Avropa İttifaqının Azərbaycan Nümayəndəliyi, Dünya Bankı kimi qurumlarla əməkdaşlıq etmiş və müxtəlif məsləhət xidməti və inkişaf layihələrinin icrasında iştirak etmişdir.
Bu əməkdaşlıqlar çərçivəsində “Ümid” SİD İB tərəfindən aşağıdakı əsas fəaliyyətlər həyata keçirilmişdir:
- İcma inkişafı üzrə informasiya-məsləhət xidmətləri təşkil olunmuş;
- Hədəf qruplar üçün təlimlər, məlumatlandırma sessiyaları, kouçinq, iş yerində təlimlər, eləcə də mövzulara uyğun modulyar təlim proqramları hazırlanaraq icra olunmuş;
- Yerli kadrların potensialını artırmaq üçün Təlimçilər üçün Təlimlər (ToT) keçirilmiş;
- Layihə çərçivəsində sosial və mədəni festivallar, ictimai dialoq platformaları, maraq qruplarının iştirakı ilə tədbirlər təşkil edilmiş;
- İcmaların iqtisadi imkanlarını genişləndirmək məqsədilə dəyər zəncirləri yaradılmış və inkişaf etdirilmiş;
- İcma əsaslı təşəbbüslərin Xərc-Gəlir Təhlili metodologiyası tətbiq olunmuş və bu sahədə praktiki təcrübə bölüşdürülmüş;
- Usta yanında Şagird Hazırlığı modeli əsasında peşəkar bacarıqların ötürülməsi təşviq olunmuş;
- İcma ehtiyaclarının qiymətləndirilməsi, planlaşdırılması və monitorinqi üzrə icma üzvləri ilə birgə yanaşmalar inkişaf etdirilmiş;
- Gənclərin iştirakı, qadınların səlahiyyətləndirilməsi və sosial inklüzivliyin təşviqi sahəsində fəaliyyətlər həyata keçirilmiş;
- İcmaların özünüidarəetmə, şəffaflıq və hesabatlılıq üzrə bacarıqları gücləndirilmiş.
Bu fəaliyyətlər nəticəsində icmalar yalnız faydalanan tərəf deyil, öz problemlərini həll edən təşəbbüskar subyektlərə çevrilmişdir.
🔹 İcmaların Gücləndirilməsi
“Ümid” SİD İB, fəaliyyət dövründə Azərbaycanın əksər regionlarını əhatə edən 200-dən çox yerli kənd icmasını səfərbər etmişdir.
Bu çərçivədə:
- İcma Qrupları formalaşdırılmış, maarifləndirilmiş və bacarıqları artırılmışdır;
- Maraqlı tərəflər cəlb edilmiş, iştirakçılıq prinsipi əsasında təşkilatlanma təşviq olunmuşdur;
- İcmaların şəbəkələşməsi və özünü təmin edən, şəffaf təşkilatlara çevrilməsi üçün dəstək göstərilmişdir.
🔹 Elmi-Təcrübi Töhfələrimiz
"Ümid” SİD aşağıdakı sahələrdə təlimatlar və metodik materiallar hazırlamışdır:
- İcma İnkişafı və layihələrin idarəolunması üzrə təlimatlar
- Elmi-praktik məqalələr:
-
- "Azərbaycanın İqtisadi İnkişaf Modelinin formalaşmasında icma inkişafının rolu"
- "İcmalarda İqtisadi İnkişaf və Məşğulluq İmkanlarının Artırılması"
- Metodik vəsait: "Vətəndaş cəmiyyətinin inkişafında icma menecmentinin rolu"
- Fənn proqramı: "İcma inkişafı və cəmiyyət münasibətlərində yeni tendensiyalar"
🔹 Layihələrdə Real Təsir
2000-ci ildən bu günə qədər onlarla sosial inkişaf layihəsi həyata keçirmişik. Bu layihələr vasitəsilə:
- 1000-dən çox gənc peşə kurslarına cəlb olunub
- 800 gənc işlə təmin olunub
- Kiçik bizneslər yaradılıb
- İcma infrastrukturu yaxşılaşdırılıb, o cümlədən:
-
- 6 icmada süd toplama məntəqələri
- 37 icmanın içməli suya çıxışı
- 10 icmada tibbi xidmətlərə çıxış
- 59 icmada yol infrastrukturu
- 47 icmada təhsil müəssisələrinin şəraiti yaxşılaşdırılıb
Bu layihələr yüz minlərlə ailənin rifahına birbaşa təsir etmişdir.
🔹 Genişmiqyaslı Proqramların Təsiri
USAID/CHF tərəfindən dəstəklənən "Azərbaycanda İcmanın İnkişafı” Proqramı çərçivəsində "Ümid” SİD tərəfindən 156 icma və klaster layihəsi icra olunmuşdur.
Əsas nəticələr:
- İçməli su təchizatı sistemləri qurulub
- Yeni transformatorlar və elektrik xətləri çəkilib
- Suvarma arxları tikilib və bərpa olunub
- Məktəblərdə idman zalları və dam örtükləri təmir edilib
- Uşaq meydançaları və tibb məntəqələri inşa olunub
Bu layihələrdən ümumilikdə 240,357 nəfər faydalanmışdır:
🔸 139,197 qadın
🔸 101,160 kişi
🔹 Tanınma və Mükafatlar
- 2024-cü il noyabrın 11-22-də Bakı şəhərində keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) fəal iştirakına görə, “Ümid” SİD İB-nin İcraçı Direktoru cənab Prezident İlham Əliyev tərəfindən Təşəkkürnamə ilə təltif edilmişdir.
- BTC Co. və CQB Co. tərəfdaşlığı ilə birgə icra olunan “Bakı-Tbilisi-Ceyhan/Cənubi Qafqaz Boru Kəməri boyu İçməyə yararlı Sudan İstifadənin Təkmilləşdirilməsi” layihəsinin nəticəsi olaraq, “Ümid” SİD İB 2008-ci ildə “Dayanıqlılıq üzrə Beynəlxalq Mükafat” – “Energy Globe Award” müsabiqəsinin milli qalibi olmuşdur.
- 2010-cu ildə BMT-nin İqtisadi və Sosial Şurasına (ECOSOC) xüsusi məsləhətçi statusu üçün müraciət edən “Ümid” SİD İB, 2011-ci il iyulda keçirilmiş sessiyada BMT-nin Qeyri-Hökumət Təşkilatları üzrə Komitəsinin tövsiyəsi əsasında bu statusa layiq görülmüşdür. Bu qərar 1 avqust 2011-ci ildə rəsmən təsdiq edilmişdir.