“Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin missiyası – aztəminatlı əhali qruplarının sosial, iqtisadi və təhsil sahələrində qarşılaşdığı problemlərin həllinə sistemli və davamlı dəstək göstərməkdir. Biz, insanların layiqli həyat səviyyəsinə çatmasına, cəmiyyətin rifahına və bərabər imkanların təmin olunmasına töhfə veririk.
🔹 İqtisadi imkanların genişləndirilməsi
Biznes inkişafı xidmətləri – təlimlər, konsultasiyalar, mentorluq və şəbəkələşmə vasitəsilə hədəf qrupların məşğulluq potensialını artırmaq, o cümlədən usta yanında şagird hazırlığı və kiçik kredit imkanları ilə dəstəkləmək
🔹 İcma bacarıqlarının gücləndirilməsi
Hədəf icmalara sosial, iqtisadi və təhsil problemlərinin həllində təşəbbüskar və dayanıqlı yanaşmalar qazandırmaq üçün maarifləndirici və motivasiyaedici fəaliyyətlər həyata keçirmək.
🔹 Təhsilə və məlumatlılığa çıxışın artırılması
İcmaların savadlanma səviyyəsini yüksəltmək, onların təhsilə cəlb olunmasını və məlumatlılığını artırmaq üçün müxtəlif maarifləndirici proqramlar təşkil etmək.
🔹 Təşkilati və idarəetmə bacarıqlarının inkişafı
Rəsmi və qeyri-rəsmi qurumlara davamlı və peşəkar texniki dəstək göstərərək onların idarəetmə və təşkilati bacarıqlarını gücləndirmək.
🔹 Şəffaflıq və davamlı inkişafın təşviqi
İcma və təşkilatların şəffaf, məsuliyyətli və birgə fəaliyyət prinsiplərinə əsaslanaraq özlərini davamlı inkişaf yoluna yönəltməsinə dəstək olmaq.