“Ümid” SİD İB-nin sədri İsrayıl İsgəndərov AMQF-də QHT sektorunun inkişafı mövzusunda müzakirələrdə iştirak edib

“Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin sədri və eyni zamanda QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü İsrayıl İsgəndərov Azərbaycan Milli QHT Forumu (AMQF) ofisində qonaq olub.
Görüş zamanı QHT sektorunun mövcud vəziyyəti, gənclərin ictimai təşəbbüslərə fəal cəlb olunması, eləcə də vətəndaş cəmiyyətinin inkişafı istiqamətində aktual məsələlər müzakirə olunub. İsrayıl İsgəndərov qeyri-hökumət təşkilatlarının ictimai proseslərdə oynadığı mühüm rolu vurğulayıb və gənclərin sosial təşəbbüslərə inteqrasiyasının artırılmasının önəmini diqqətə çatdırıb.
Tərəflər həmçinin QHT-lər arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi, ortaq layihələrin təşviqitəcrübə mübadiləsinin intensivləşdirilməsi mövzularında fikir mübadiləsi aparıblar.
Bu cür açıq dialoqlar qeyri-hökumət sektoru üçün şəffaflıq, həmrəylik və davamlı inkişaf baxımından olduqca əhəmiyyətlidir. İsrayıl İsgəndərov görüşdə gələcək təşəbbüslərin birgə reallaşdırılmasının vacibliyini vurğulayıb.
📌 Görüş, vətəndaş cəmiyyətinin gücləndirilməsi istiqamətində strateji fikir mübadiləsi və qarşılıqlı anlayış üçün önəmli platforma rolunu oynayıb.