UYŞH üzrə qazanılmış növbəti uğur


"Ümid" Sosial İnkişafa Dəstək İctimai Birliyi icma inkişafı və gənclərin məşğulluğu istiqamətində yeni uğurlara imza atır

"Ümid" SİD İB tərəfindən BP və tərəfdaşlarının maliyyə dəstəyi ilə həyata keçirilən “Bakı Dəhlizi boyunca Gənclərin Məşğulluq və İqtisadi İmkanlarının Genişləndirilməsi Təşəbbüsü” layihəsi çərçivəsində 01 iyun 2010 – 27 avqust 2010-cu il tarixlərində kompüter şəbəkə avadanlıqlarının qurulması və idarə olunması üzrə CISCO (CCNA) kursunda iştirak edən Rəsulov Toğrul, 27 oktyabr 2010-cu ildə CISCO-nun Azərbaycandakı rəsmi nümayəndəsi olan AIC GROUP şirkətində imtahan verərək beynəlxalq CISCO (CCNA) sertifikatı əldə edib.

Təcrübə kursunu uğurla başa vurduqdan sonra Toğrul Global Network şirkətində texnik (admin köməkçisi) kimi işə qəbul olunub. Hal-hazırda isə o, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin İnnovasiyaların Tədqiqi Mərkəzində baş mühəndis vəzifəsində çalışır.

Gənclərin belə beynəlxalq səviyyəli imtahan və müsabiqələrdə iştirak etməsi və uğur qazanması onların təcrübə kurslarına cəlb olunaraq stimullaşdırılması və motivasiyası nəticəsində mümkün olmuşdur. Bu isə icma inkişafı istiqamətində böyük və yeni bir nailiyyət hesab olunur.