“Bütün həyatım boyu bu peşəyə yiyələnmək üçün bacarıqlar əldə etmək üçün imkanlar axtarmışam. Bu layihədə mən o fürsəti əldə etdim və arzularımı reallaşdırmağa başladım”, - deyə Günel bildirib.
2023-cü ilin aprel ayında “Məcburi köçkün icmalarının səfərbərliyi və bacarıqlarının artırılması” layihəsinin qəsəbədə icra olunmağa başlaması Rəvanın həyatında dönüş nöqtəsi olur.
Layihə çərçivəsində 12 hədəf icmada facebook səhifələri, 2 Bələdiyyə üçün twitter səhifəsi və 3 icma üçün whatsApp qrupları yaradılmışdır. Bununla da, icma və Bələdiyyələr öz fəaliyyətləri ilə bağlı məlumatları icma üzvlərinə daha dəqiq və daha əlçatan yollarla çatdırılması imkanları qazandılar.
İcra olunan layihə çərçivəsində "Ümid” SİD regionlarda ictimai iştirakçılığın və vətəndaş cəmiyyətinin inkişafı istiqamətində əldə etdiyi təcrübəyə əsaslanaraq Quba-Xaçmaz regionunda ilk dəfə olaraq Yerli Səviyyəli "Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması”nı formalaşdırmışdır.
Bələdiyyə ərazisində heç bir ödəmə terminalı yoxdur. Əlacsız qalan kənd sakinləri kommunal, bank, sığorta xidmətləri, dövlət ödənişləri, internet, kabel televiziyası və digər ödənişləri həyata keçirə bilmək üçün hər dəfəsində rayon mərkəzinə yol qət etməli olurlar.
İstəyim o qədər güclü idi ki, gözəllik salonu açmaq üçün çiy kərpicləri öz əllərimlə hazırladım. Düşünürük ki, bu xanım dahi Nizaminin qəhrəmanı "Kərpic kəsən qoca"dan fərqli olmayaraq, onun kimi halal əməyi ilə yaşayan namuslu bir kəsdir.
Şabran rayonu Şahnəzərli icması uzun illərdir ki, içməsi su çatışmazlığından əziyyət çəkirdi. Kənddə içməli su xətti mövcud olsa da, xəttin sıradan çıxması səbəbindən yerli sakinlərdən yalnız 3-4 ailə bu sudan istifadə edə bilirdi.
2014-cü ilin yayında "Sosial İqtisadi İnkişaf Fəaliyyəti” layihəsi çərçivəsində "Ümid” SİD İB bu kəndə gəldi və bu gəliş kənddə bir canlanmaya səbəb oldu. Kənddə indiyədək olmayan bir yenilik gətirdi "Ümid”, səfərbərlik deyilən bir yenilik.
İcmada süd toplama məntəqəsi istifadəyə verildikdən sonra isə, südü məntəqəyə təhvil verməyə başladım. 2011-ci ilin may ayında 330 l süd təhvil verdikdən sonra əldə etdiyim vəsaitlə evə lazım olan əşyaları almağa başladım.