Hər bir işin başlangicinda ümidsizlik, çətinlik olur. Ancaq inam, səylə çalışmaq və ümidlə işə başlamaq sonda öz nəticəsini göstərir.
Şərq Qərb İdarəetmə İnstitutu, "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi tərəfindən ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin və Azərbaycan Hökumətinin birgə maliyyələşdirdiyi Sosial İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) layihəsi çərçivəsində Samux rayonunun Qarabağlar icmasında işlər aparılmışdır. İlk vaxtlar icmayla söhbətlər aparılan zaman tam ümidsizlik və inamsızlıq var idi. İlkin İcma yığıncağının keçirilməsinə icma fəalları ilə dəfələrlə görüşlər kecirildikdən sonra nail olundu. Bütün bunlara səbəb isə müxtəlif təşkilatların icmayla görüşündə boş vədlərin verilməsi, icmada heç bir işin görülməməsi idi.
İcmayla ümumi yiğıncaq zamanı aparılan söhbətlər, müzakirələrdən sonra, "Ümid” SİD İB haqda, SEDA layihəsinin, məqsədi, məramı və bu layihənin icmanın sosial-iqtisadi inkişafına müsbət təsir göstərəcəyi haqda danışıldı. Icma üzvləri həvəs və inamla Ümumi İcma yiğıncağına qatıldılar. Layiq bildikləri insanları İcma İnkişaf Şurasına üzv seçdilər. İcma İnkişaf Şurası ilə aparılan təlimlər, Dəyirmi masalar çox uğurla keçdi.
İcmada vacib layihənin seçilməsi məqsədilə, icma sakinləri arasında sorğuların aparılması və keçirilən sorğuların təşkilat tərəfindən monitorinq edilməsi sakinlərin layihəyə qarşı ümidlərini artırdı.
Monitorinq zamanı Qarabağlar icmasının sorğuda fəal iştirakı və layihə həyata keçirilərsə onların bu işə həvəslə qatılacaqları, əmək və əmtəə töhfəsinin qoyuluşunda iştirak edəcəkləri aşkar edildi.
İİŞ-nin koordinatoru Tariyel Muradov: - "Bu işə başlarkən nə mənim, nə də icma üzvlərinin heç bir ümidi, inamı yox idi. Amma təlim, Dəyirmi masa və icmayla aparılan işlər əsnasında bizim bu layihəyə inamımız daha da artdi.”
Artıq Qarabağlar icması öz seçimini etmiş və İcma İnkişaf Şurası üzvləri layihə təklifi paketini yazıb hazırlamışlar.Bütün bunların hamısı onu göstərir ki, güc birliktədir. Hər bir işə başlarkən ümid, inam və səy göstərmək lazımdır.