İşin savabı ona çəkilən əziyyət qədərdir
Həyata keçirilən hər bir layihənin uğuru onun müsbət nəticəsidir. İllərlə Sumqayıt şəhərində həyata keçirilən "Azərbaycanda məskunlaşmış Qaçqın və Məcburi Köçkünlər üçün peşə təlimi və gəlirin yaradılması” layihəsinin "Usta yanında şagird hazırlığı” komponenti çərçivəsində müxtəlif peşələrə yiyələnərək, özləri üçün iş yerləri açıb gəlir mənbəyi əldə edən MK gənclərimizin sayı günbəgün artmaqdadır. 2013-cü ildə UNHCR və BPRM təşkilatlarının donorluğu ilə həyata keçirilən layihədən faydalanan Zəngilan rayonundan olan məcburi köçkün Fəhradova Xatirə Qənnadçı sahəsini bitirdikdən sonra özü qoyduğu və ona ayrılan qrant vəsaiti hesabına yaşadığı binanın qarşısında qənnadçı sexi açaraq özü üçün kiçik biznes qurmuş, daha sonra fəaliyyətini genişləndirərək ağır şəraitdə köçkünlük sürən ailəyə dəstək olmaq məqsədilə eyni sahədə birgə təlim almış Qubadlı rayonunun məcburi köçkünü Fikrətli Aytəkini də yanına dəvət edərək, fəaliyyətlərinə birgə davam etməyi təklif etmişdir. Hal-hazırda, hər iki gənc usta qənnadı məmulatlar bişirərək ətraflarında yaşayan əhalini qənnadı və un məmulatlarından hazırlanan şirniyyatlarla təmin edir və ağır şəraitdə yaşayan ailələrinə maddi baxımdan dəstək olurlar. Həqiqətən də, görülən işin nəticəsində uğur əldə etmiş gənclərimizi görmək bizim üçün böyük fəxrdir. Demək ki, çəkilən əziyyətə dəyər!