Soyuq, yağışlı payız günü idi. Ümid əməkdaşlarıBeyləqan rayonu Sarısu icmasında səfərbərlik üçün görüş təyin etmişdi. Havanın yağışlı olmasına baxmayaraq icma sakinləri, bələdiyyə üzvləri, məktəb direktoru, müəllimlər və yaşlı qadınlarhəsrətlə yola baxır, sanki uzun illərdir yolunu gözlədiklləri övladlarını qarşılayırdılar. Səfərbərlik zamanıÜmid əməkdaşlarıgörüşün məqsəd və məramını açıqladıqdan sonra icma sakinlərinin gözlərində ümid işığı parıldadı. Bir az təlaş, bir az narahatlıqla orta yaşlı bir kişi Ümid əməkdaşlarının yanında yer alıb, soz istədi: "İcma üzvləri adından sizə təşəkkür edirəm. Bizim icmanın problemləri çox olmasına baxmayaraq, heç bir Təşkilat bizim icmanı yada salmayıb, xatırlamayıb. Müracitələrimizə baxmayaraq bizim icmaya üz tutan heç bir qurum və təşkilat səsimizə səs verməyib. Siz ÜMİD SİD İB olaraqbizim icmanın sönmüş ümidləriniyenidən yandırdınız."
Maraqlandiq ki bu şəxs Sarısu icmasinin məktəb direktoru Ənvər müəllimdir. Səhətində problemin olmasına baxmayaraq, soyuq yağışlı gündəicma sakinləri ilə birlikdə sona qədərbütün səfərbərliyə aidprossesdə iştirak edən Məktəb direktoruicma sakinləri tərəfdən İİŞ –nin üzvü seçildi.
Dəyirmi masa prosseslərindən sonra təlimlərdən biri olan"Liderlik və komanda işi ” təlimi üçün yenidən Sarısu icmasına səfər etdik. Cərrahiyə əməliyyatından yeni çıxmışMəktəb direktoru Ənvər müəllim vəİİŞ-nin digər üzvləritəlim zamanı fəal iştirak edir, verilən suallara maraqlı misallar gətirərək cavab verirdilər.Məktəb direktoru Ənvər müəllim təlimin sonunda qeyd etdi ki: "Əsl lider və komanda barəsində,irəlidə olacaq fəaliyyətlərinizdə Sarısu icmasını və İİŞ üzvlərininümunəviicma olaraq qeyd edəcəksiniz. Cünki, Biz Ümidlə ümidimizi işıqlandırdıq!"