Azərbaycanın bütün bölgələri kimi Sumqayıtın inkişafına daim yüksək diqqət və qayğı göstərilir. Ermənistanın hərbi təcavüzü nəticəsində soydaşlarımızın böyük bir hissəsi məcburi köçkün kimi Sumqayıt şəhərində məskunlaşmışlar. Bu insanların sosial problemlərinin həlli məqsədilə dövlətimiz tərəfindən eyni zamanda müxtəlif QHT-lər tərəfindən hər cür qayğı göstərilir. Bunlardan biri də "Ümid”SİDİB təşkilatıdır. Bu təşkilat MK gəncləri müxtəlif peşələrə cəlb etməklə onların müxtəlif sənətlərə yiyələnmələrinə yardım edir, həmçinin gəncləri müxtəlif proqramlar üzrə kompüter təlimlərinə də cəlb edərək bilik və bacarıqlarımızın artırılmasına dəstək olurlar. Mən də bu il UNHCR və PRM təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilən  layihə çərçivəsində bacımla birlikdə kompüter təlimlərindən faydalandıq. Təlim zamanı biz MS Office 2010 Word, Excel, Power Point, Outlook, İnternet Explorer və Proshow Producer proqramlarını öyrənərək  kompüter üzrə biliklərmizi daha da zənginləşdirdik. Kursu bitirdikdən sonra bizə müvafiq sertifikat təqdim edildi. Daha öncələr Universitetimizdəki müəllimlərimizin tapşırıqlarını müəyyən vəsait verib müxtəlif yerlərdə yazdırırdıq, lakin indi iştirak etdiyimiz kömpüter təlimi zamanı öyrəndiyimiz proqramlar əsasında tapşırıqları asanlıqla yerinə yetirir, slaydlar hazırlayır və ailəmizə dəstək olaraq əlavə xərclərə yol vermirik.