İş qabiliyyətimi itirdiyimdən ailəmizin dolanışığı oğlum Elşadın üzərinə düşdü. O çalışdığı sexdə müasir avadanlıqların olmadığı üçün müştəriləri çox az olurdu. Sex üçün yeni alətlər almağa imkanımız yox idi. Bu yaxınlarda oğluma bu sənəti öyrədən təşkilatın nümayəndələri onun işlədiyi sexə baş çəkdilər. Vəziyyətlə tanış olduqdan sonra oğluma kömək etməyə söz verdilər. Lazım olan müasir tipli avadanlıqların alınması üçün  müəyyən bir vaxt ərzində sənədlər hazırlandı, qrant əldə etmək üçün oğluma   biznes planın hazırlanmasına kömək göstərildi. Tez bir zamanda "Ümid” təşkilatı tərəfindən 610 AZN manatlıq avadanlıq alınıb verildi. Bunun sayəsində onun gündəlik müştərilərinin sayı əvvəlki aylarla müqayisədə xeyli artdı. 20 il köçkünçülük həyatı dövründə ailəmizə demək olar ki,ən böyük maddi kömək məhz UNHCR və PRM təşkilatının dəstəyi ilə "Ümid” SİDİB tərəfindən edilmişdir.Yuxarıda adları çəkilən təşkilatlara, onların rəhbərliklərinə öz dərin minnətdarlığımızı bildiririk.