"Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi icmanın inkişafı və gənclərin məşğulluğu istiqamətində yeni uğurlara imza atır. BP və əməkdaşlarının maliyyə dəstəyi ilə "Ümid” SİD İB tərəfindən icra olunmuş "Bakı dəhlizi boyunca Gənclərin Məşğulluq və İqtisadi İmkanlarının Genişləndirilməsi Təşəbbüsü" layihəsi çərçivəsində 1 iyun, 2010 – 27 avqust, 2010-cu il tarixində kompüter şəbəkə avadanlıqlarının qurulması və idarə olunması üzrə CİSCO (CCNA) üzrə UYŞH kursuna cəlb olunmuş Rəsulov Toğrul Mehman oğlu CİSCO (CCNA) uzre beynəlxalq sertifikat əldə etmək üçün CİSCO-nun nümayəndəliyi olan AİC GROUP şirkətində 27 oktyabr, 2010-cu il tarixində imtahan vermiş və Beynəlxalq sertifikat əldə etmişdir.Toğrul kursu bitirdikdən sonra Qlobal Network şirkətində Texnik (admin köməkçisi) vəzifəsində işə qəbul olunmuşdur. Hal-hazırda isə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometerologiya Departamentinin Metereoloji müşahidə sistemlərində İnnovasiyaların Tədqiqi Mərkəzində Baş Mühəndis (şəbəkəyə nəzarət üzrə) vəzifəsində işləyir.Bu cür gənclərin usta yanında şagird hazırlığı kurslarına cəlb olunaraq və gələcək uğurları üçün stimul və motivasiya alaraq bu tip beynəlxalq müsabiqələrdə iştirakı və fərqlənməsi  İcmanın İnkişafı istiqamətində çox böyük və yeni nailiyyətdir.