"Bakı dəhlizi boyunca Gənclərin Məşğulluq və İqtisadi İmkanlarının Genişləndirilməsinə Təşəbbüs" layihəsi çərçivəsində UYŞH kursları ilə bağlı bir çox yerli və xarici şirkətlərlə əməkdaşlıq edilmişdir. Bunlar arasında 2010-cu ilin yanvar ayından etibarən "Hyundai Auto Azerbaijan”nın Babək pr.61/c ünvanında fəaliyyət göstərən "Şərq Motors (MMC) Servis”i ilə əməkdaşlıq olundu. Bu əməkdaşlıq nəticəsində 01.02.2010-cu il tarixindən 2 nəfər gənc avto-çilingər sahəsi üzrə həmin servisə təlimə cəlb olundu. Onlardan biri Bakı şəhər Qaradağ rayon 17 yaşlı Sahil qəsəbə sakini Bağırlı Əli Bala Fridun oğlu idi. Elə bu dəfəki söhbətimiz də Əli Balanın uğurlarındqan olacaq.
Gənc Əli Bala orta məktəbi bitirdikdən sonra avtomobillərə böyük həvəsi, marağı olduğundan onların təmiri ilə bağlı peşəyə yiyələnmək qərarına gəldi. Bu qərarı verməkdə ona atası da dəstək oldu. Çox keçmədi ki, ona dostları qəsəbədə "Ümid” HSDM tərəfindən UYŞH kurslarının təşkil olunması haqqında məlumat verdilər. Dərhal həvəskar Əli Bala 2009-cu ilin dekabr ayında acvto-çilingər sahəsi üzrə UYŞH kurslarına ərizə ilə müraciət etdi. Onun bu peşəni öyrənməyə marağının və həvəsini layihə əməkdaşları nəzərə alıb onu bu bu kursda iştirak etməkdə dəstəklədi. Hətta onun bu peşəni öyrənməyə tükənməz gücü və səbri olduğunu ailə üzvləri də qeyd etdi. O, elə düşünürdü ki, sadə bir avtomobil servisində təlim keçəcək amma onu yeni 1 şans gözləyirdi ki, o da "Hyundai Şərq Motors Servisi” kimi böyük və prestijli bir servis oldu. Əli Bala biləndə ki, məhz o "Hyundai Şərq Motors” Servisində kurs keçəcək o çox sevindi və sevincini belə ifadə etdi. "Mən heç inanmazdım ki, belə bir servisdə kurs keçim. Şükürlər olsun ki, mənə bu yerdə kurs keçmək qismət oldu. Bu mənim üçün çox əla şans oldu. Elə mən də bu şansdan var gücümlə faydalanacam”.
O, 2010-cu ilin fevral ayından etibarən o "Hyundai Şərq Motors” Servisində avto-çilingər sahəsi üzrə 4 aylıq kursa cəlb olundu. Böyük həvəslə kursa başlayan Əli Bala kurs zamanı ustasını maraqla izləyir və dinləyirdi. O əsasən Hyundai markalı avtomobillərin təmirini öyrənirdi. Gənc Əli Bala kurs müddəti nizam, intizamı ilə servisdə çalışan hər kəsin rəğbətini qazanırdı. Ustası ona bu sahənin dərinliklərini var gücüylə öyrədirdi. 4 ay müddətində artıq o müəyyən bilik və bacarıqlara yiyələnərək kursu müvəffəqiyyətlə bitirdi. Elə onun bu həvəskarlığını və intizamlılığını servis müdiri nəzərə alaraq onu Servisdə usta köməkçisi kimi işə qəbul etdi. Bu həm bizim həm Əli Balanın ən böyük uğuru idi. Əli Balanın elə həmin servisdə işə qəbul olunmağını eşidəndə həm biz həm də Əli Blanın ailəsi şad olaraq çox sevindik.