Rayonumuzun işğalından artıq 21 il keçir
Aysel Əzizova
Rayonumuzun işğalından artıq 21 il keçir. Ermənistanın hərbi təcavüzü nəticəsində soydaşlarımızın böyük bir hissəsi məcburi köçkün kimi Sumqayıt şəhərində məskunlaşmışlar. Bu insanların sosial problemlərinin həlli məqsədi ilə "Ümid” təşkilatı BMT QAK-ın maliyyə dəstəyi ilə məcburi köçkün gəncləri müxtəlif peşələrə cəlb etməklə onların müxtəlif sənətlərə yiyələnmələrinə kömək edir, həmçinin gəncləri müxtəlif proqramlar üzrə kompüter təlimlərinə də cəlb edərək bilik və bacarıqlarının artırılmasına dəstək olurlar. Mən də bu il BMT QAK-ın maliyyə dəstəyi ilə həyata keçirilən "Azərbaycanda məskunlaşmış məcburi köçkünlər üçün bacarıqların artırılması təlimi və yaşayış şəraitinin yaxşılaşdırılmasına dəstək” layihəsi çərçivəsində kompüter təlimlərindən faydalandım.Təlim zamanı, MS Office 2010 Word, Excel, Power Point,Outlook, İnternet Explorer proqramlarını öyrəndim və kompüter üzrə biliklərimi daha da zənginləşdirdim. Kursu bitirdikdən sonra bizə sertifikat təqdim edildi. Hal-hazırda, kompüter təlimi zamanı öyrəndiyim bilgi sayəsində işləyib ailəmə dəstək oluram.
Buna görə də əməyi keçən hər kəsə minnətdaram!