Regionlarda “Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması”nın yerli nümayəndəlikləri formalaşdırılır
Bütün maraqlı tərəflərlə, o cümlədən Bələdiyyələr, İcma Əsaslı Təşkilatlar (İƏT), QHT-lər, "Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması”, mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə sıx əməkdaşlığın qurulması "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycandakı missiyası (USAID) tərəfindən maliyyələşdirilən Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti (ECSOFT) proqramı çərçivəsində icra etdiyi "Vətəndaş cəmiyyəti institutlarının ictimai həyatda rolunun daha da gücləndirilməsi vasitəsilə açıqlıq, şəffaflıq və hesabatlılıq prinsiplərinin tətbiqinin genişləndirilməsi" layihəsinin müvəffəqiyyət qazanmasında əsas amillərdən biri olmuşdur. Paralel olaraq, ECSOFT proqramı çərçivəsində "Bələdiyyələrdə şəffaflıq və ictimai iştirakçılıq imkanlarının artırılması” layihəsini icra edən Quba QHT Təlim və Resurs Mərkəzi (QTRM) ilə işgüzar əməkdaşlıq qurulmuşdur. Bu əməkdaşlıq zamanı QTRM-in rəhbərliyi ilə görüşlər keçirilmiş, Quba-Xaçmaz regionunda Yerli Səviyyəli "Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması”nın yaradılması və idarə olunması imkanları müzakirə edilmişdir.
İcra olunan layihə çərçivəsində "Ümid” SİD regionlarda
ictimai iştirakçılığın və vətəndaş cəmiyyətinin inkişafı istiqamətində əldə
etdiyi təcrübəyə əsaslanaraq Quba-Xaçmaz regionunda ilk dəfə olaraq Yerli
Səviyyəli "Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu
Platforması”nı formalaşdırmışdır. Quba, Xaçmaz və Qusar rayonlarından olan 2
yerli QHT, 4 dövlət qurumu, 4 yerli Bələdiyyə və 4 İcma İnkişaf Şurasının üzv
olduğu platformanın koordinatorluğuna QTRM-in direktoru Eynulla Xeyrullayev
cavabdeh olacaqdır.
Ümid edirik ki,
yeni yaradılmış bu platforma regionda dövlət orqanlarının fəaliyyətində
şəffaflığın artırılması, hesabatlılığın təkmilləşdirilməsi, ictimai
iştirakçılığın gücləndirilməsinə və korrupsiyaya qarşı mübarizədə sosial
innovasiyaların tətbiqinə öz töhfəsini verəcəkdir.