12 noyabr 2024-cü il tarixində "Ümid" Sosial İnkişafa Dəstək İctimai Birliyi COP29 çərçivəsində Yaşıl Zonada yerləşən Milli QHT Forumu Pavilyonunda "Suvarma və İçməli Su Təchizatı üçün İcma Səviyyəli Həll Variantları" mövzusunda panel müzakirəsi təşkil edib. Tədbirdə QHT nümayəndələri, ekspertlər və icma üzvləri iştirak edib.

Paneldə bir çox regionda, o cümlədən Azərbaycanda, gözlənilən içməli və suvarma suyu qıtlığı ilə bağlı problemlərin həlli müzakirə olunub. İştirakçılar su resurslarının səmərəli istifadəsi, mənbələrin dayanıqlığı və icmaların su ehtiyaclarının təmin edilməsi üçün tətbiq edilən strategiyalar barədə fikir mübadiləsi aparıblar.

Müzakirəni "Ümid" SİD İB-nin icraçı direktoru İsrayıl İsgəndərov açaraq icma əsaslı yanaşmaların əhəmiyyətini vurğulayıb.

Tədbirdə iştirak edən "Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası"nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov su ehtiyatlarından səmərəli istifadənin və xüsusən yeraltı suların qorunmasının su qıtlığının azaldılmasına mühüm töhfə verə biləcəyini vurğulayıb. "EcoHUB" Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri Tükəzban Ağababayeva isə ekoloji problemlərin həlli və su mənbələrinin dayanıqlığının təmin olunması üçün dövlət, özəl sektor və vətəndaş cəmiyyəti institutlarının birgə əməkdaşlığının vacibliyini qeyd edib.

"Ümid" SİD İB-nin regional komandası da müzakirədə çıxış edərək Azərbaycanın kənd və qəsəbələrində mövcud su çətinlikləri və innovativ həllər barədə məlumat verib, icma səviyyəsində davamlı su təchizatı sistemlərinin qurulmasının əhəmiyyətini vurğulayıb.

Tədbir "Ümid" SİD İB-nin iqlim dəyişikliyi ilə mübarizədə icma əsaslı həll yollarını təşviq etmə istiqamətində atdığı mühüm addım kimi qiymətləndirilir.

"Ümid" Sosial İnkişafa Dəstək İctimai Birliyi COP29-da suvarma və içməli su təchizatına dair yan tədbir keçirib